İsmayıllı İcra Hakimiyyəti şantaja məruz qalıb _ŞİKAYƏT
5-03-2016, 20:13
teref.aznun elektron poçtuna İsmayıllı rayonu icra hakimiyyətindən gələn bu şikayət məktubunu oxuculara təqdim etməmişdən əvvəl bu Azərbaycanın dilbər güşəsini uzun müddətdir tanıyan və burda gedən proseslərin incəliyinə qədər bələd olan bir şəxs kimi demək istəyərdim ki, İsmayıllı rayonu həqiqətən Mirdamət Sadıqovun gəlişindən sonra yüksəliş dövrünü yaşayır. Burda gedən abadlıq işlərini, yeni açılmış iş yerlərini, şəhərin görkəmini gözəlliyə doğru dəyişən yeni tikililəri görməmək mümkün deyil. Həiqətən iş gedir. İsmayıllı müsbətə doğru çox böyük addımlar atıb. Artıq İsmayıllı mərkəzin subsidiyalarından asılı olmayan və dövlət xəzinəsinə gəlir verə biləcək rayon olmaq üçün mübarizə aparır. Bütün bunlarda İsmayıllı İcra Hakimiyyətinin başçısı Mirdamət Seyidovun adı ilə bağlıdır.Məktubu sizə təqdim edirik:
teref.az saytının baş redaktoru
cənab Nurəddin İsmayılova
Hörmətli Nurəddin müəllim!
İsmayıllı rayon İcra hakimiyyətinin informasiya təminatı və təhlil sektoru olaraq Sizin tutduğunuz haqlı, ədalətli yola, dövlətə, dövlətçiliyə xidmət səviyyənizə yaxşı bələdik. Müntəzəm informasiya əlaqələrimizdən bunu çox aydınlığı ilə dərk edirik.
Qaynarxett.info saytı 10 fevral 2016-cı il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının ünvanına heç bir fakta əsaslanmayan, obyektivlikdən uzaq,təhqiramiz xarakter daşıyan “İsmayıllıda əsl üsyan yetişir” başlıqlı yazı vermişdi.11 fevral 2016-cı il tarixdə biz reket sayt barədə tədbir görmək üçün Azərbaycan Mətbuat Şurasına müraciət etdik.Həmin müraciətdən sonra redaktor Ədalət Nəbiyev yazını səhifədən götürdü.
Yazıda nələr vardı, bunları yenidən təkrarlamamaq üçün surətini Sizə göndəririk.Oxuduqca görəcəksiniz ki, insan madiyyata görə necə də mənəvi rəzilliyə gedə bilər?İsmayıllıya gəlmədən, görmədən, yazdığının heç birinin şahidi olmadan özündə olan çirkabı bu dərəcədə başqasının ünvanına atana jurnalist demək olarmı?
Reket sayt sahibi yazını səhifədən götürmək müqabilində nəsə gözləyirmiş.25 gün müddətində gözləntisi reallaşmadığı üçün informasiya ilə məşğul olan əməkdaşımıza 0553624171 nömrəli telefonla 03 mart 2016-cı il tarixdə zəng edərək mütləq pul tələb edib və bir gün gözləyəcəyini bildirib. 4 mart 2016-cı il tarixdə saat 1133-də yenidən zəng edib. Ona deyilib ki, Kütləvi İnformasiya vasitələri haqqında Qanunauyğun hərəkət etsin. Ə.Nəbiyev hədələyici tonda deyib:”Deməli, vermək istəmirsiniz? Nəticəsini görərsən.” Telefonda deyilənlərin səs yazısının saxlandığını da qeyd edirik. Hədələmək,az da olsa, qanun qarşısında məsuliyyət hiss etməmək onunla nəticələndi ki, köhnə şər-böhtan toplusu yenidən Qaynarxett.infonun səhifəsinə qoyuldu.
Bu əyri qələm sahibi belə hərəkəti ilə özünü danıb., özünü inkar edib, özünü haqqa, ədalətə qarşı qoyub. 16 yanvar 2016-cı il tarixdə “İsmayıllı haqqında söylənən yalanlara Son” başlıqlı yazısı da bu fikrimizi, bu iradlarımızı təsdiq edir. Telefon danışığında özünü ən yaxşı jurnalist, ən yaxşı şair,oxucusu hamıdan çox olan redaktor, vətənpərvər, Şirvana vurğun olan adam kimi təqdim edən şər-böhtan satıcısı unutmasın ki, hər kəs hər bir əməlinə görə qanun qarşısında, Allah qarşısında cavab verməli olacaq.Unutmasın ki, haqqın divanı çox ağır olur.
Son olaraq şər-böhtanın baş alıb getdiyi yazıdakı bir- iki faktada münasibətimizi bildirmək istərdik.
- İsmayıllıda üsyan yox, daha sürətli, daha geniş miqyaslı inkişaf gözlənilir.
- RİH-nin başçısı cənab Prezidentin sərəncam, tapşırıq, tövsiyə və göstərişlərini məsuliyyətli yanaşma əsasında ləyaqətlə həyata keçirir.
- RİH-nin başçısı ölkə rəhbərinin xalqın xidmətçisi olmaq tapşırığını ən yüksək səviyyədə icra edir.
- O, işə müntəzəm davam edir, məzuniyyətinin az bir hissəsindən istifadə edir.
- Bütün yaşayış məntəqələrində görüş-qəbullar keçirir, problemləri yerindəcə aid xidmət təşkilatları ilə birgə həll edir.
- İsmayıllıda içməli suyun təzyiqi o qədər yüksəkdir ki, su-kanal idarəsi mərkəzi anbardan çıxan xətlərin yarı hissəsini açır.
- “QREN HOSE” turizm- istirahət mərkəzi 2009-cu ildə istifadəyə verilib. Özəl təşkilatdır. Dövlət qoruğu ərazisində deyil. Əslində indi rayonda qoruq yox, “Şahdağ ” Milli parkı var. Həmin müəssisə də parkın ərazisində deyil.
- Rayondakı yaşayış məntəqələrinin qazlaşdırılması SOKAR-ın proqramı əsasında aparılır. RİH-nin funksional vəzifəsinə daxil olan məsələ deyil.
- RİH Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerdəki qurumlarının iştirakı ilə qanunsuz meşə qırıntılarının qarşısını alıb. Qırıntı yalnız müəyyən olunmuş limit çərçivəsində aparılır.
- RİH-nin başçısı Mirdaməd Sadıqovun heç bir biznes fəaliyyəti, heç bir kommersiya obyekti yoxdur. Yazıda qeyd olunanlar məqsədli xarakter daşıyır.Əslində başçı iqtisad elmləri doktoru olaraq sahibkarların və sahibkarlığın inkişafı üçün nəzəri və praktik şərait yaradır. Şəfaff qaydada, qanuni əsasda, ölkə rəhbərinin tələbi səviyyəsində
Bir daha qeyd edirik ki, Qaynarxett .infoda yazılanlar xəstə təxəyyülün məhsuludur, maddi cəhətdən faydalanmaq məqsədi daşıyır.