Büdcənin gəlir mənbələri, xərc istiqamətləri

9-09-2021, 20:03           
Büdcənin gəlir mənbələri, xərc istiqamətləri
Maliyyə Nazirliyinin rəsmi saytında 2022-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərinə nəzər salıb.

2022-ci ildə 26 milyard 407 milyon manat büdcə gəliri nəzərdə tutulur. Bunun 13 milyard 840 milyon manatı neft gəlirləri kimi rəsmiləşir: Dövlət Neft Fondundan 11 milyard 860 milyon manat köçürmə, neft sektorundan 1 milyard 980 milyon manat vergi daxilolması proqnozlaşdırılır.

Qeyri-neft gəlirləri büdcə layihəsində 12 milyard 567 milyon manat göstərilir: Dövlət Vergi Xidmətindən 7 milyard 158 milyon manat, Dövlət Gömrük Komitəsindən 4 milyard 260 milyon manat, başqa mənbələrdən 1 milyard 149 milyon manat ödəmə gözlənir.

2022-ci ilin büdcəsinin ilkin layihəsində xərc 28 milyard 974 milyon manat göstərilir. Xərc istiqamətləri belə sıralanır:

iqtisadi fəaliyyət – 5 milyard 399,7 milyon manat;

müdafiə və milli təhlükəsizlik – 4 milyard 499,2 milyon manat;

ümumi dövlət xidmətləri – 4 milyard 261 milyon manat;

təhsil – 3 milyard 740 milyon manat;

sosial müdafiə və sosial təminat – 3 milyard 584,4 milyon manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 428,3 milyon manat;

səhiyyə – 1 milyard 443,3 milyon manat;

kənd təsərrüfatı – 985,9 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 457,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 280 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 248,2 milyon manat;

əsas bölmələrə aid edilməyən xidmətlər – 1 milyard 645,8 milyon manat.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru