Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları məlum olub - Siyahı

11-09-2021, 11:27           
Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları məlum olub - Siyahı
Ötən ay ərzində Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsulları məlub olub.

Teleqraf.com-un məlumatına görə, avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru