Əziz Əzizov haqda şok iddia: yanına çağırtdırıb...

9-03-2016, 22:05           
Əziz Əzizov haqda şok iddia: yanına çağırtdırıb...
Cəlilabad rayonunun icra başçısı Əziz Əzizovun onu tənqid edənləri cəzalandırma üsulu hər kəsi şoka salıb.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısı onun haqqında Facebook-da status yazan gəncləri yanına çağırtdırıb, onları dinləyir. Sonra isə onların keçəl edilməsi əmrini verir. Qeyd olunur ki, daha sonra həmin gənclərin ona problem yaratmaması üçün 15-20 günlük müddətə həbs etdirir ki, gəncin başına tük gəlsin.

Modern.az yayılan xəbərlə əlqədar cəlilabadlı jurnalistlərdən münasibət öyrənib.

"Azadinforum” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev hadisə barədə xəbər eşitməsə də, icra başçısının bu hərəkətinin yolverilməz olduğunu bildirib.

"Azərbaycan demokratik ölkədir və burada hər bir şəxsin məmur haqqında söz demək hüququ var. Konkret Cəlilabad rayonunun icra başçısının gənclərə bu cür rəftarına rast gəlməmişəm. Ola bilsin var, belədirsə, bu ciddi qınanılası haldır, düzgün addım deyil".



Cəlilabaddan olan digər jurnalistlər isə bu haqda danışmaq istəmirlər.

***

"İcra başçısı Əziz Əzizovun haqqında mənfi rəy yazan gənclərin başının qırxdırılması haqqında yazılanlar yalandır”.

Bu sözləri Cəlilabad rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva deyib.

O qeyd edib ki, icra başçısı haqda bunu yazan jurnalistlər ola bilsin ki, fikirlərini məcazi mənada ifadə ediblər.

"Bizim İcra Hakimiyyətinə bir qadın əməkdaş var, o da mənəm. Belə yazıları oxuyuram, gülüb keçirəm. İcrada 43 kişi işçi var, onun da biri başçısıdır, qalanları digər işçilərdir. Mən orada 42 kişidən qorxuram, amma Əziz müəllimdən qorxmuram. O qədər hümanist adamdır, o, bütün günü işçilərinə pozitiv enerji verir. Bütün günü insanlar arasında olur, gənclərlə dostdur. Qeyri-Hökümət Təşkilatları gəlib bizim rayonda tədbirlər keçirirlər, çünki biz onlara dəstək veririk. Onlara oteldə yer veririk, yedizdiririk, içirdirik, əylənib, çıxıb gedirlər. Gənclərə yer verən adam haqqında belə şey yazrlar. Quldarlıq dövrü deyil ki...

Elə işlərə yol vaerən başçı işində qalar? Gördünüz neçə başçısını işdən çıxartdılar bir "köpək oğlu” sözünün üstündə? Bütün günü Əziz müəllimin yanında olmuşuq. Yəqin məcazı mənada yazıblar. Facebook azad şəbəkədir. Orada kim yazır heç ad bilinmir.Çoxunun adı düzgün deyil, öz adı ilə İnertnetə girmir”, -deyə icra başçısının müavini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.