Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi”

17-10-2021, 11:25           
Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi”
“17 oktyabr 2020-ci ildə şan, şərəf və kədər bir-birinə qarışdı. Erməni qüvvələrinin Füzulidəki əsas qala darmadağın edildi və şəhər azad olundu”.

PİA.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki səhifəsində yazıb.

“Erməni qüvvələri bədxah və qorxaq şəkildə intiqam əlaməti olaraq Gəncədəki yenidən günahsız mülki əhalini ballistik raketlərlə hədəfə aldı”, - Hikmət Hacıyev qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru