Tanınmış aktyorumuzdan çağırış:"Sabah düşmənə etiraz edənlərin məhkəməsidir!"
16-03-2016, 10:37
Rza RZAYEV
Çoxdan bu mövzuda yazmaq istəyirdim, bir neçə dəfə də qələmi əlimə almış, amma yaza bilməmişdim. Ağlıma da gəlməmişdi ki, bu mövzunu yazda, yaz yağışı kimi yazacam – boranlı, küləkli, soyuqlu, amma xoş niyyətli.
Çoxlarının bildiyi kimi, keçən il, təxminən, ilin bu vaxtları Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Gazimağusa rayonunda Rauf Raif Denktaş adını daşıyan Mədəniyyət və Konqres mərkəzində səhnəyə qoyulan teatr tamaşasına azərbaycanlı tələbələr etiraz etmişdi. Səbəb – “Acı, şirin eşq” adlı tamaşada erməni yazıçı-aktyor Aret Vartanyanın da iştirakı idi.
Azərbaycanlı tələbələrin etirazı polislə qarşıdurma yaratdı. Səbəb Kipr polisinin Azərbaycan bayrağını azərbaycanlı tələbələrin əlindən almaq istəməsi idi. Bayrağı sona qədər əlində saxlayan, yerə yıxılan, yerdə təpiklənən tələbələrdən biri də bacıoğlum idi – Toğrul İbrahimli.
Etiraz aksiyasının keçiriləcəyindən bir neçə saat öncə xəbər tutmuşdum, İstanbulda idim. Toğrul ilə danışdım, bütün vasitələrdən istifadə etdim ki, bu aksiyanı keçirməsinlər. Çünki düşmən qüvvələrinin bu aksiyadan istifadə edəcəyini düşünürdüm. Amma Toğrul bu məsələdə çox ciddi olduqlarını söylədi, burda oxuyan tələbələr üçün bu etirazın namus-şərəf məsələsi olduğunu dedi. Artıq bu sözün qarşısında söz tapmadım deməyə.
Etiraz baş tutdu, söylədiyim kimi, polis ilə məlum səbəbdən (Bayraq) qarşıdurma yarandı. Bir neçə tələbə həbs olundu, sonra sərbəst buraxıldı.
Hadisəni Azərbaycan mətbuatı da işıqlandırdı. Cəmiyyətimiz yenə həmişəki kimi, tərəflərə bölündü. Tərəfi olanlar tələbələrin tərəfini tutdu, bu etirazı alqışladı. Tərəfsizlər isə düşmən mövqeyində dayandı. Hətta 25 ildi dilindən millətçilik, türkçülük, ülküçülük düşməyən bəzi baş redaktorlar, baş redaktor müavinləri (bu adamların çoxu ilə şəxsi münasibətim var) tərəfsiz mövqe sərgilədilər, mənə ağıl qoymağa başladılar: “Gedib dərslərin oxusunlar, nələrinə lazım erməni yazara, aktyora etiraz etmək?!” Çünki facebook hesabımdan Kipr polisinin hərəkətini qınayırdım, tələbələrin etirazını alqışlayırdım və bir çox mətbuat orqanından bu məsələnin işiqlandırılmasını istəyirdim.
O zaman da söylədim, bir daha da söyləyirəm, deməli, bu adamların düşüncəsinə görə, erməni ancaq Ermənistanda düşməndi, Qarabağda düşməndi, başqa ölkələrdə erməni qardaşdı, dostdu, tərəfdaşdı. Onlarla bir yerdə yaşamaq da olar, çörək yemək də, biznes qurmaq da – necə ki bunu edənlər var.
Cəmiyyətimiz nə vaxt anlayacaq ki, erməni ancaq öldürdüyü şəxslərin düşməni deyil. O insanları şəxsi münasibətlərinə görə öldürməyiblər… İşğal olunmuş torpaqların adı Şuşa, Laçın, Ağdam, Qubadlı… olduğu üçün işğal edilməyib… Öldürülən insanlar şuşalı, laçınlı, ağdamlı olduğu üçün öldürülməyiblər… Düşmən üçün onların bir günahı var – türk olmaqları! Torpaqlarımızın işğalının bir səbəbi var – türk torpaqları olmağı! Bu insanlar fərdi adlarına görə yox, daşıdıqları ümumi ada görə öldürülüblər. Düşmənin devizi "son türkü oldürmək"di, "türksüz dünyada yaşamaq"dı.
Düşmən hər yerdə düşməndi, düşmənlə hər yerdə mübarizə aparmaq lazımdı – ölkəsindən, dövlətindən asılı olmayaraq. Düşmən hələ sağ qalanları öldürmək üçün fürsət bulmayıb. Bu fürsəti tərəfsiz düşünməklə yenə də düşmənə siz verəssiniz, necə ki, bu günə qədər vermisiniz.
Sabah düşmənə etiraz edən tələbələrin Kiprdə məhkəməsidi – gözünüz aydın. Gözünüzü yumduğunuz hər şeyin sonu belə olacaq. Növbə gözünü yumanlara da çatacaq, düşmən onları da bağışlamayacaq, düşməndən yana özlərini öldürsələr də, düşmənin tərəfində olduqlarını söyləsələr də, bunlar düşmənə onların milli kimliyini unutdurmayacaq. Düşmən üçün onəmli olan milli kimlik məsələsidi.
Ankarada ikinci partlayış da oldu, Ankaradakı Azərbaycan səfirliyi hələ də susqunluğunu qoruyur. Belə getsə, üçüncü partlayış Azərbaycan elçiliyində olacaq. Görən, nə vaxta qədər bizim elçilər ancaq “elçiliklə” məşğul olacaqlar, nə vaxt “elçilikdən” başları açılacaq, elçi olduqları ölkədə yaşayan, oxuyan insanlarımızın tərəfində duracaqlar, tərəf olacaqlar?!
Sabah məhkəmədi. Tələbələri 3 aydan 1 ilə qədər həbs gözləyir. İndi sizə sual edirəm: Kipr dövləti kiminlə qardaş, kiminlə düşməndi?!
Ankaradakı elçimiz Ankarada baş vermiş terror hadisəsi vaxtı həmin küçədə olmadığını neçə gündü, deyəsən, “rakı” ilə yuyur, hələ ayılmayıb.
Sabah məhkəmədi, məhkəmə! Düşmənə etiraz edən tələbələrin məhkəməsidi, Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın Ankaradakı Səfirliyi, Azərbaycan xalqı! Bu işlə də Azərbaycan Respublikasının Prezidenti məşğul olmalıdı?! Bu işə də o qarışmalıdı?! Bəs siz nə işlə məşğulsunuz, sizin işinizin adı nədi?!
Oradakı tələbələr sizin övladlarınız deyil, bu doğru, amma onlar azərbaycanlıdılar, Azərbaycan övladlarıdılar! Onların etdikləri hərəkət səhv, ya doğru – Azərbaycan naminədi! Bircə gün siz də Azərbaycan naminə onların yanında olun, onların məhkəməsində olun! strateq.az