Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ad günüdür

16-03-2016, 20:44           
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ad günüdür
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 53 yaşı tamam olur.

Trend xəbər verir ki, E.Sultanov 1963-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Respublika Prokurorluğunun mətbuat xidmətinə rəhbərlik edir.

!Teref. Qezeti" və teref.az poprtalının kollektivi daim ictimaiyyətlə əlaqələrə yüksək səviyyədə maraq göstərən Eldar Sultanovu təbrik edir, gələcək işlərində uğurlar arzulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru