Deputat etiraz etdi, spiker “Nazirlər Kabinetindən gəlib” dedi

18-03-2016, 14:17           
Deputat etiraz etdi, spiker “Nazirlər Kabinetindən gəlib” dedi
Deputat Cavanşir Feyziyev aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinə edilən dəyişiklərin işləməyəcəyini qeyd edib.

Modern.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin iclasında danışıb.

“Oktyabr ayında aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsində iki dəfə dəyişikliyə cəhd edilib. Amma heç biri müvəfəqiyyət olmayıb.

Bu dəyişikliyi tamamilə aradan qaldırmaq və ya yenidən baxmaq lazımdır. 5 nazirlik tərəfindən bu dəyişikliyə mənfi rəy verilib, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən. Dəyişiklik işləmir və bunu hər dəfə qəbul etmək doğru deyil. Hesab edirəm ki, dəyişiklikır ləğv edilməlidir”,-deyə Cavanşir Feyziyev söyləyib.

Spiker Oqtay Əsədov bildirib ki, həmin nazirliklər Nazirlər Kabinetinin tərkibindədir. Milli Məclis sədri deyib ki, bu qanun layihəsinə dəyişiklik Nazirlər Kabinetindən gəlib.

“Demək o nazirliklərlə razılaşdırılıb gəlib. Bizdə də məlumat yoxdur ki, hansı nazirliklər mənfi rəy verib”.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.