Adəm Məmmədovdan vəkil Elçin Sadıqova qarşı ŞOK İTTİHAMLAR

18-03-2016, 20:57           
Adəm Məmmədovdan vəkil Elçin Sadıqova qarşı ŞOK İTTİHAMLAR
“10 il bundan qabaq kimsəsizlər qəbristanlığında basdırılan şəxsin barəsində ciddi araşdırmalar başlanılıb. Elsəvər Əliyev amansızcasına öldürülüb. Hazırda cinayət işi yenilənir. İlkin ehtimallara əsasən Elsevəri vəkil həmkarımın anası öldürüb. Təbii ki, bunlar Elçin Sadıqovun bacısının ifadələrinə əsaslanır”.

Lent.az-ın məlumatına görə, bunu vəkil Adəm Məmmədov bu gün keçirdiyi mətbaut konfransında deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi İsmayıl Əliyevin 10 il bundan əvvəl itkin düşmüş oğlu Elsevər Əliyevin ölümü ilə bağlı cinayət işi yenilənir: “Elsevər Əliyev 2005-ci ildə itkin düşüb. Bir neçə gün sonra Bərdə rayonu ərazisindən meyit tapılıb. Həmin vaxt meyit Elsevər Əliyevin ailə üzvlərinə göstərilməyib. Elsevərin yoxa çıxması ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi üzrə Sahibə Həsənova adlı qadın bir neçə dəfə ifadə verib. Elsevər Əliyevlə Sahibə Həsənovanın iş birliyi olub. Həmin vaxt Elsevər Əliyevin İrana getməsi ilə bağlı sənəd verilib ki, guya o, Azərbaycandan çıxıb. Ötən il mən ANS telekanalında “Sən tək deyilsən” verilişində ekspert qismində çıxış edərkən Sahibə Həsənovanın qızı Gülxar Sadıqova verilişə zəng edərək Elsevər Əliyevin ölümündə anası Sahibə Həsənovanı günahlandırıb. Onun ifadəsindən sonra cinayət işi yenilənib. Bakı şəhər prokurorluğunda aparılan istintaq müddəti dövründə on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı 3 ay bundan əvvəl genetik ekspertiza keçirilib. Həmin meyitin Elsevər Əliyevə məxsus olduğu məlum olub ” .

A. Məmmədov onu da qeyd edib ki, həmin qadının başqa cinayət əməlləridə var. O, qaydasız döyüş üzrə dünya çempionu Azad Məmmədovun həbsində bir başa iştirak edib: “Həmin işlədə bağlı zərərçəkmiş və şahidlər ərizə ilə yenidən müraciət ediblər. Onlar bildiriblər ki, Sahibə Həsənova onları təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə ifadə versəniz sizə borclu olduğumuz pulları qaytaracağıq. Həmin adamlar ANS telekanalına da müraciət ediblər. Mən sonradan Sahibə Həsənovanın həmkarım Elçin Sadıqovun anası olduğunu bilmişəm. Elçin Sadıqov çalışırdı ki, bu cinayət işinnə müəyyən təzyiqlər göstərsin. Bu işlə bağlı həmkarım məni kəskin qınayırdı. Bu həqiqətən çox ciddi məsələdir. Hər kəs qanun qarşısında bərabərdir. Bu mənim prinsipial işlərimdən biridir. Mənə şər atıldı, təzyiqlər oldu. Burada on ildir açılmayan cinayət işindən söhbət gedir. Həmin cinayət işinin açılmasında Sahibə Həsənovanın qızı Gülxar Sadıqovanın çox böyük rolu olub. Onun ifadəsi nəticəsində istintaq təzələnib. Elsevər Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranılıb və yandırılıb. Mənim hüquq mühafizə orqanlarına müraciətim ondan ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat tapşırıqları Dövlət Təhlükəsizlik Xidmətinə verilsin. Elsevər Əliyevlə bağlı veriliş getdikdən sonra Sahibə Həsənova ANS-i və Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib. Mən əminəm ki, bu işdə olan mötəbər sübutdan sonra təqsirkar şəxslər tapılacaq və məhkəməyə çıxarılacaq”.
İsmayıl Əliyev də oğlunun Sahibə Həsənova ilə işbirliyinə başladığını bildirib: “Sonradan onların qeyri-rəsmi münasibəti də olub. Elsevər Sahibənin bir neçə cinayətindən xəbərdar idi. Elə buna görə də onu öldürüblər. Bizimlə bağlı veriliş efirə gedəndən sonra Xoşqdəm xanıma zəng edilib və təzyiqlər olunub. Mənim oğlum yoxa çıxandan sonra İrana getdiyini bildirdilər. Lakin o, İrana getməmişdi. Elçin Sadıqovun göstərişi ilə mənim oğlumu öldürməyi planlaşdırıblar. 2005-ci ilin iyul ayında mənim oğlum yoxa çıxıb ”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.