Bakıda yağan güclü yağış avtomobillərin hərəkətində ciddi problem yaradıb - VİDEO

21-03-2016, 12:13           
Bakıda yağan güclü yağış avtomobillərin hərəkətində ciddi problem yaradıb - VİDEO
Minik maşınlarının bəzilərinin içərisinə su dolub

Bu gün paytaxt Bakıda yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

teref.az Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) körpüyə qalxan və oradan düşən istiqamətdə yağış suları toplanıb. Nəticədə həmin yerdən keçən sürücülər çətinliklə üzləşiblər.

Yağış suyunun hündürlüyü təxminən 30-40 sm olduğundan, minik maşınlarının bəzilərinin içərisinə su dolub. Hətta əks istiqamətdə hərəkət edən bir neçə maşın xarab olaraq suyun ortasında qalıb.

Hadisə yerinə Post Patrul maşını gəlib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağmurlu hava sabah da davam edəcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru