Ədliyyə generalı işdən çıxıb, yoxsa məzuniyyətə göndərilib? –Ziddiyyətli açıqlama

22-03-2016, 08:55           
Ədliyyə generalı işdən çıxıb, yoxsa məzuniyyətə göndərilib? –Ziddiyyətli açıqlama
Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

Bu haqda məlumatı Unikal.org saytı yayıb. Saytın məlumatına görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi – Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb.

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzunmüddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım, onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Apelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O, əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.
teref.az olaraq dəfələrlə Xanlar Zeynalov barədə tənqidi materiallar dərc etmişik.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru