Nazirlər Kabineti bu siyahıda dəyişikliklər etdi

18-12-2021, 00:07           
Nazirlər Kabineti bu siyahıda dəyişikliklər etdi
“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Milli Elmlər Akademiyası üzrə” bölməsində dəyişikliklər edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Biologiya və Tibb elmləri bölməsi”nin 7-ci hissəsinin 4-cü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilib.

“İctimai elmlər bölməsi” üzrə 2.1. 2-ci hissədə “Arxeologiya və Etnoqrafiya İnstitutu” sözləri “Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” sözləri ilə əvəz edilib.

2.2. 3-cü hissədə “Fəlsəfə İnstitutu” sözləri “Fəlsəfə və Sosiologiya İnstitutu” sözləri ilə əvəz edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru