Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - VİDEO

25-12-2021, 09:00           
Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.

“Qafqazinfo”nun məlumatına görə, açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.

O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.

Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.

Elşən Sanayev Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru