Keçmiş deputat Rusiyada 2 milyardlıq sanatoriya açdıbackend

25-12-2021, 19:24           
Keçmiş deputat Rusiyada 2 milyardlıq sanatoriya açdıbackend
Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən böyük kurortlarından biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sağlamlıq kurortu açılıb.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Sanatoriya üç il ərzində şəhərin mərkəzindəki yarıqəzalı binaların yerində tikilib. Yataq tutumu 500 çarpayıya qədərdir. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubl qiymətləndirilir.

Stavropol qubernatorunun mətbuat xidmətinin məlumatına görə, sanatoriya xarici investisiyalar hesabına tikilib – layihəni Azərbaycandan olan şirkətlər həyata keçirib. Açılışda layihənin investoru sabiq deputat, azərbaycanlı biznesmen Əsabil Qasımov iştirak edib.

O da bildirilib ki, sanatoriya müasir müalicəvi və spa avadanlığı ilə təchiz olunub. Sanatoriya kompleksinin müxtəlif istirahət infrastrukturu təchiz edilib. Sanatoriya geniş spektrli xroniki xəstəliklərin müalicəsini həyata keçirəcək. Burada mədə-bağırsaq traktının, dəstək və hərəkət orqanlarının, tənəffüsün, metabolik pozğunluqların və s. müalicə olunacaq. Bundan əlavə, klassik və innovativ balneoterapiya və palçıq terapiyasının tətbiqi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru