Rəşad İsmayılov kimdir: “Xan”lığın göz çıxaran barmağı, yoxsa Naxçıvan hərbi prokurorunun MR DİN-dəki qarmağı?

26-12-2021, 07:47           
Rəşad İsmayılov kimdir:
Naxçıvan Muxtar Respublika DİN-də baş verən özbaşınalıqlarla bağlı ardıcıl yazılarımız dərc olunduqdan sonra bəzi rəsmi şəxslərin “qeyri-rəsmi məsləhətlərini” nəzərə alıb bu kimi məsələlərə həssas yanaşmağa çalışsaq da, bölgədən redaksiyamıza axışan məktubların ardı-arası kəsilmir. Hiss olunur ki, araşdırmalarımıza son ümid yeri kimi baxan Naxçıvan sakinləri bizim vasitəmizlə öz dərdlərini mərkəzi hakimiyyətə çatdırmaq istəyirlər. Biz də Əmir Teymurun dövlət rəhbərlərinə “İnsanları qorxu ilə ümid arasında yaşat. Ümidi hər yerdən üzülən toplumlar məhv olmağa məhkumdur” tövsiyələrini nəzərə alıb xeyli götür-qoydan sonra vətəndaşlarımızın istəyinin həyata keçirilməsini dövlətçiliyimizin davamlılığı baxımından yararlı sayırıq və onları işıqlandırmağa qərar verdik.

Ovqat.com-a Naxçıvan DİN-nin bir qrup əməkdaşı tərəfindən göndərilən məktubda deyilir:


“Salam, Heydər məllim, Sizi Naxcivandan narahat edirik. Biz Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşlarıyıq.

Polis Akademiyasını bitirən polis zabitləri Naxçıvan Muxtar Respublikasına göndəriləndən sonra MR DİN rəhbərliyi tərəfindən yaşayış yerlərindən kənara təyin edilirlər. Akademiya məzunlarinin əksəriyyəti “uçaskovu” vəzifəsinə işə götürülürlər. Həmin əməkdaşlar mənzil və ya kirayə pulu ilə təmin olunmurlar. Kirayə pulu tələb edikləri zaman isə polis zabitlərinə deyirlər ki, bura ilk xidmət yeriniz olduğundan sizə kirayə pulu düşmür. Axı harda görülüb ki, yaşayış yerindən 70-80 km uzaqda xidmət edəsən və kirayə pulu almayasan?

Əlavə olaraq , bizə verilən 240 manatlıq yanacaq pulu da kəsilib. Yanacaq əsasən talon formasında polis orqaninin rəis, rəis müavini və xidmət rəislərinə verilir. Məsələn; yanacagin verilməsinə dair qeydiyyat jurnalında 3 ton yanacağa imza atılır, lakin onun 1 tonu polis orqanlarına göndərilir. Geriyə qalan yanacagin hara getdiyi məlum deyil.

Muxtar respublikada istintaq sahəsindəki vəzifələrə əsasən savadsız kadrlar təyin olunurlar. Hansi ki, həmin şəxslər ilk təhsillərini Naxçıvan Dövlət Universitetinin aidiyyəti olmayan fakültələrində alıblar. Kimlərinsə adamı olduqlarına görə ikinci təhsil adı ilə 10 min manata Naxçıvan Dövlət universitetinin hüquq fakultəsini qiyabi bitiriblər. Akademiya məzunları özlərini istintaq sahələrindəki vəzifələrə təyin olunmasını tələb etdikdə isə onlara eyni cavab verilir: sizin bu sahəyə savadınız çatmır!

Müqayisə üçün qeyd edək ki, sahə inspektorunun aylıq maaşı 620 manat, mustəntiqin aylıq maaşı isə 1300-1500 manat intervalındadır. Əmək haqqına diqqət yetirəndə akademiya məzunlarının bu vəzifələrə niyə təyin olunmadıqlarının əsl səbəbi ortaya çıxır”.

Məktub müəlliflərinin iddialarına görə, Muxtar Respublikanın polis orqanlarındakı bu arzuolunmaz vəziyyət cinayətkarlığa qarşı mübarizə imkanlarını da xeyli azaldır:

“Bu gün Naxçıvan MR DİN-də istintaq sahəsində çalışanların əksəriyyəti kimlərinsə qohumu və ya tanıdıqlarıdır. Naxçıvanın polis orqanlarında müstəntiq vəzifəsində işləyənlər yaxın tanışlar olduğundan MR rəhbərliyi bilir ki, törədəcəkləri cinayət işi bağlı qalacaq”.

Redaksiyamıza göndərilən digər məktub Muxtar Respublika rəhbərliyinin yeni nazir təyin etmək barədə düşündüyü Rəşad İsmayılovun keçmişi ilə bağlıdır. Məktubda bildirilir ki, Rəşad İsmayılov Naxçıvan Hərbi Prokuroru general-mayor Yaşar Həsənovun əlaltılarındandır və uzun müddət bu adamın yanında işləyib. Ötən il nazir Fazil Ələkbərovun taxtının laxlaması ortaya çıxan kimi, MR DİN-ə nazir müavini göndərilən əlaltısı vasitəsilə polis orqanını da ələ keçirmək imkanı qazanan Naxçıvan Hərbi prokuroru Yaşar Həsənovun həm hərbi, həm də mülki hüquq strukturlarında öz mövqeyini gücləndirməyə çalışdığı iddia olunur. İddialara görə, onların arxasında isə Vasif Talıbovun qardaşı Məhərrəm müəllim dayanır. Doğrudan da hərbi ədliyyə strukturunda yetişmiş birinin anidən Daxili işlər orqanlarına sıçrayış etməsi deyəsən yalnız Naxçıvan MR-də görünən nadir hadisələrdəndir.

Bəs, Yaşar Həsənov kimdir və niyə bu qədər təhlükəli şəxs hesab olunur?

Gəlin, bu suala cavabı redaksiyamıza göndərilən məktubun sətir aralarında axtaraq:

“Azərbaycan ictimaiyyəti Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov barədə ilk məlumatı 2018-ci ilin mart ayında Fransanın Tuluza bölgəsində baş verən bir qalmaqallı sui-qəsd hadisəsi zamanı eşitdi. Məlumata görə, Fransanın Colomie şəhərində “Audi” markalı avtomobildən düşən bir şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub hadisə yerindən qaçır. Güllələnən R.Namazov və həyat yoldaşı xəstəxanaya yerləşdirilir. Namazovun həyat yoldaşını xilas etmək mümkün olmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.