ÇAĞRI MƏRKƏZLƏRİNİN İŞİ YARITMAZ VƏ EFFEKTSİZDİR XİDMƏT QURUMLARI QAYDALARI POZUR

31-03-2016, 02:05           
ÇAĞRI MƏRKƏZLƏRİNİN İŞİ YARITMAZ VƏ EFFEKTSİZDİR XİDMƏT QURUMLARI QAYDALARI POZUR
Bu sətirlərin yazarı “Azadlıq” qəzetində 195 çağrı mərkəzinin pullu xidmət göstərməsindən yazandan sonra Vergilər Nazirliyinin(VN) analitik informasiya şöbəsi saxta təkzib verərək yazı müəllifinin şəxsi marağını güdməsini,cəmiyyəti çaşdırmaq məqsədilə qələmə sarıldığını bildirərək vurğulayıb ki,yalnız stasionar nömrələrdən edilən zənglər ödənişsizdir.Bağımsız Qarabağ əlili-jurnalist kimi ali dövlət hakimiyyəti orqanlarına,eləcə də VN-ə müraciət edərək,Nazirlər Kabinetinin(NK) qərar(lar)ını diqqətlə oxumalarını,VN başçısının hökumət başçısı olmadığını vurğulasam da,nə yazıq,VN bu yol aparat rəhbəri Əli Həsənovun dili ilə “dedığım dedıxdır” deyib durur.
Bəs KONSTİTUSİYA, QANUN,PREZİDENT (fərmanı,sərəncamı),NK-nın qərarı,qaydaları nə deyir?Konstitusiyanın 109-cu maddəsinin 8-ci abzasını rəhbər tutaraq Prezident 05.09.2012 tarixli 2421 saylı sərəncamla “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.Sözügedən planın 2.2 bəndinə əsasən NK 25.02.2015 tarixli 50 saylı qərarla “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”nı təsdiqləyib.Qaydaların 1-ci maddəsində çağrı mərkəzlərinin sahibkarlıq subyektlərində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının qorunması,şəffaflığın artırılması,korrupsiyya qarşı mübarizənin effektliyinin təminatı,rabitə və informasiya texnologiyalarının inkişaf etdirlməsi ,dövlət orqanlarında qanunçuluğun,VƏTƏNDAŞ MƏMNUNLUĞUNUN təminatı məqsədilə yaradılması vurğulanır.Çağrı mərkəzlərinin təyinatı dövlət orqanının fəaliyyətilə bağlı sualların(sorğuların,müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından,məlumallandırma və məsləhət xidməti göstərilməsindən,şikayətlərin(məlumat və təkliflərin) qəbulu və yönəldilməsindən ibarətdir.
Qaydaların 2.1 bəndində yazılıb:”ÇAĞRI MƏRKƏZLƏRİ MÜRACİƏTLƏRİN QƏBULUNU VƏ CAVABLANDIRILMASINI ÖDƏNİŞSİZ HƏYATA KEÇİRİR”.2.11 bəndində isə AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ BÜTÜN SABİT VƏ MOBİL TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİNDƏN ÇAĞRI MƏRKƏZLƏRİNƏ BİRBAŞA YIĞIMLARIN TƏMİN OLUNMASI təsbit olunub.VN isə yalnız 101,102 və 103 çağrı mərkəzlərinin ödənişsiz xidmət göstərdiyini bildirərək,digər çağrı mərkəzlərinin pullu xidmət göstərməsini mobil operatorların özəl qurumlar olması ilə izah edir.Göründüyü kimi bu izah qaydalara və məntiqə ziddir.Axı,104,112,161 və s. çağrı mərkəzləri də ödənişsiz xidmət göstərir.Yalnız 195 sabit nömrələrdən zəngləri ödənişsiz,özü də iş günlərində qəbul edir,mobil nömrədən edilən zənglərə görə isə operatordan asılı olaraq xeyli pul çıxılır.Bununla da çağrı mərkəzlərinin işinin yarıtmaz və effektsiz olması üzə çıxır.Fikir verin,hansısa sahibkara,fermerə,istehlakçıya qarşı əkin sahəsində,obyektdə,marketdə özbaşınalıq edlirsə,yalnız evə qaçıb stasionar nömrəni yığmalıdır?Qaydalarda zəng edənlə əks əlaqənin yaradılmasının da yazılması da təkcə sabit nömrədən deyil,mobil nömrədən edilən zənglərin də pulsuz olmalı olmasını ortaya qoyur.Gerçəkdə isə nəinki əks əlaqə yaradılır,heç zənglərin özünü də “qaynar” qəbul etmirlər.Baxın,baş prokuor yanında korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xətti-161 günlərlə müraciətləri qəbul etmir,vətəndaş 1 saat(??)dan da çox gözlədikdən sonra candərdi cavab verilir.Qaydalarda isə yazılıb ki,10 saniyə ərzində zəng qəbul edilmədən,dəstək asılarsa,vətəndaşla əks əlaqə yaradılmalıdır.Onu da vurğulayaq ki,qaydalarda zənglərin yönləndirilməsi də nəzərdə tutulduğundan,aidiyyatı üzrə düz zəng etməyənlərin müraciətləri qeydə alınıb aidiyyatı üzrə göndərilməlidir.Buna da əməl olunmur.
Bir sözlə,vurğuladıqlarımız bir neçəsini çıxmaq şərtilə çağrı mərkəzlərinin işinin yarıtmaz olmasını doğrulayır.195 çağrı mərkəzinə mobil nömrələrdən zənglərin pullu olması isə xidmətin effektliyini şübhə altına alır.
MƏĞRUR BƏDƏLSOY
Jurnalist Məğrur Bədəlsoya
megrub.bedelli@mail.ru


Elektron müraciətlə bağlı

“Azadlıq” qəzetinin 20 fevral 2016-cı il tarixli sayında “195 Çağrı Mərkəzi pullu xidmət göstərir” başlıqlı yazı və həmin yazıya verilən təkziblə bağlı elektron məktubunuza baxılmışdır.
Vergilər Nazirliyi bildirir ki, 2003-cü ildən Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlayan 195 Çağrı Mərkəzi 2006-cı ilin may ayından etibarən respublikanın bütün regionlarından daxil olan sual və müraciətlərin qəbul edir. 2009-cu ilin sentyabrın 1-dən başlayaraq Iqtisadiyyat Nazirliyi də 195 Çağrı Mərkəzinə qoşulmuşdur.
Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306 s saylı sərəncamı ilə universal çağrı mərkəzlərinin yaradılması layihəsinə uyğun olaraq 195 Çağrı Mərkəzi 2015-ci ilin fevralından Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu da “195″ Çağrı Mərkəzinə qoşulmaqla xidmət göstərməyə başlamışdır.
Fəaliyyətə başladığı gündən 195 Çağrı Mərkəzinə respublikanın bütün stasionar (kənd, şəhər), yəni ev, iş telefonlarından edilən zənglər ödənişsizdir. Mobil telefonlardan edilən zənglər isə həmişə ödənişli olmuşdur və bu gün də ödənişlidir ki, bu da həmin xidməti təqdim edən mobil operatorların özəl şirkətlər olması ilə bağlıdır. Özəl şirkətin göstərdiyi xidmətin dəyəri isə təbiidir ki, ödənilməlidir.
Ödənişsiz telefon xidmətlərinə gəlincə bu, Azərbaycanda yalnız fövqəladə hallar zamanı müraciət edilən 101, 102 və 103 nömrələrinə şamil olunur və həmin telefon danışıqlarının dəyərinin ödənilməsi müvafiq qaydalarla tənzimlənir.


Aparatın rəhbəri,
vergi xidməti müşaviri Əli Həsənov













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.