Pensiyaçıların DİQQƏTİNƏ: Artımlar bu tarixdən veriləcək - RƏSMİ AÇIQLAMA

15-01-2022, 00:11           
Pensiyaçıların DİQQƏTİNƏ: Artımlar bu tarixdən veriləcək -
Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.
Teref.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

O qeyd edib ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur.

"Yanvarla-fevralın artımı fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimum pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib. Amma digər pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq.

Artırılan müavinətlər isə bu aydan veriləcək. Məsələn, yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bu şəxslər sosial müavinətlərini artımla birgə yanvarın 20-25-i aralığında alacaqlar", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru