"Dağlıq Qarabağda müharibə başlayacaq" - ABŞ-dan ŞOK PROQNOZ

1-04-2016, 00:43           

"2016-cı ilin ikinci rübündə Dağlıq Qarabağda gərginlik artacaq”. Bu barədə ABŞ kəşfiyyatının "kölgəsi” hesab olunan "Stratfor” mərkəzinin bu ilin ikinci rübü üçün hazırladığı proqnozlarında iddia olunur.

Mərkəz qeyd edib ki, cəbhədə ağır artilleriyanın iştirakı ilə qarşılıqlı toqquşmalar olacaq: "Lakin çətin ki, bu müharibəyə gətirib çıxarsın. Türkiyə və Rusiya iki ölkə arasında danışıqların gedişinə təsir etməyə çalışacaqlar”.

"Stratfor” Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstan haqda da proqnoz verib.

"Gürcüstan NATO-nun Varşavadakı keçiriləcək sammitində bir sıra əlavə öhdəliklər götürəcək. Lakin buna paralel olaraq, Rusiya ilə da iqtisadi əlaqələrini inkişaf etdirəcək. Amma Gürcüstanın Şimal Alyasında üzvlüyə qəbul olunacağını gözləmək hələ tezdir”, - deyə mərkəzin təhlilində bildirilir.(Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru