SABUNÇU MƏHKƏMƏSİNİN AİDİYYAT RÜŞVƏTXORLUĞU QARABAĞ ƏLİLİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-04-2016, 16:18           
SABUNÇU MƏHKƏMƏSİNİN AİDİYYAT RÜŞVƏTXORLUĞU QARABAĞ ƏLİLİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ
Respublikadan kənarda müalicəyə ehtiyacı olan,Qarabağda ağ ciyərinin üçdən ikisini düşmən gülləsi “yeyən” Xaliq Abbaszadənin haqqını-qanpulunu bu gün sığorta şirkətləri,məhkəmələr yeyir.3 il öncə başqa əlilə verilən reabilitasiya vasitəsini - 90-HX-384 saylı “əlil” avtomobilini dayandığı yerdə arxadan vurub metallomluq edən 10-CK-200 saylı “Nissan X-Trail”in sürücüsü Fərid Hüseynov əlilərin qəza yerinə çağırdığı Suraxanı yol polisinin əməkdaşı Tahir İsgəndərovu necə sehrləyibsə,qəzaya və maşına aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadə alkohol testindən keçirilib,amma qəzanı törədən Fərid Hüseynov “yaddan çıxıb”.Yol polisi “Nissan”ın sığortalı olduğunu deyib, protokol tərtib etməyərək əlil maşınına dəyən ziyanın da ödəniləcəyinə söz verib.Amma hadisədən 8 gün(??) sonra Suraxanı məhkəməsi (Gülsarə İmanova) inibati xətalarla bağlı işlərdə vəkilin iştirakı məcburi olduğu halda,vəkil ayırmadan Qarabağ əlilinə “güzəşt” edərək həbs yox,400 manat cərimə tətbiq edib ki,sürücülük vəsiqəsi yoxdur.Apellyasiya məhkəməsinin hakimi Vaqif Mursaqulov Qarabağ əlili qospitalda yatdığı halda,yenə də vəkil ayırmadan bu cərimə qərarını qüvvədə saxlayıb.
Cərimənin günü-gündən “şişdiyini” görən əlacsız Qarabağ əlili üç aylıq pensiyasını qanunsuz məhkəmə qərarının icrasına sərf edib.Amma və nə yazıq,bu da onun “başı üstündən qara buludları yox etməyib”.Bu yol “Nissan”ı sığortalayan “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün Motors” da üç əlil maşını məbləğidə-10 min manatlıq saxta defekt aktı tərtib edib,guya sığortalısına ödədiyi 9100 manatı Suraxanı məhkəməsi vasitəsilə dövlətin sığortalısı olan Qarabağ əlilindən tələb edib.Əlilin qarşılıqlı iddiasının qəbulundan sonra iş baxılmamış saxlanılıb.”Rəvan” sığorta şirkətinin qanunsuzluqlarına nə prokurorluq,nə polis,nə Maliyyə Nazirliyi hüquq qiyməti verib.Təzyiqlərdən,təhqirlərdən əlavə xəstəliyə-şəkərə yoluxan Qarabağ əlili Nərimanov məhkəməsində “Rəvan”a qarşı saxta defekt aktı tərtib etməklə sağlamlığına vurulan ziyanla bağlı iddia qaldıranda şirkət rəhbərliyi hakimin barışıq təklifilə razılaşıb və saxta ziyan məbləğini bağışladığını bildirib.Amma və nə yazıq,Vergilər Nazirliyinin yoxlaması ilə “Nurgün Motors”un və “Rəvan”ın əlilə qarşı qanunsuzluqları üzə çıxdığından sözügedən “ana-bala” şirkətlər acıqlarını Sabunçu məhkəməsində eyni iddianı icraata götürtməklə çıxmaq fikrinə düşüblər.
Qarabağ əlili dəfələrlə Sabunçu məhkəməsinə ərizə verib başqa məhkəmədə eyni tərəflər arasında iş olduğunu,bu məhkəmənin ona aid olmadığını bildirsə də,qarşılıqlı iddia versə də,nə ərizə-vəsatətlərinə baxılıb,nə də qarşılıqlı iddiaçı kimi tanınıb.Heç demə,məhkəmə “Rəvan”ın təzyiqilə hadisə baş verən çağdan qabaq ölən Sabunçuda qeydiyyatda olan şəxsə qarşı saxtalığı şübhə doğurmayan iddianı icraata götürüb(??) Bu rüsvayçılığı Sabunçu məhkəməsi (hakim Gültəkin Əsədova) iş üzrə icraatı cavabdeh şəhidin varislərinin tapılmasına qədər dayandırmaqla ört-basdır etmək yolunu tutub.Amma və nə yazıq,yenə də saxta iddia sahiblərinin məhkəməyə təzyiqilə bu qərardad ləğv edilmədən,Qarabağ əlili qospitalda ölümlə həyat uğrunda çarpışdığı çağ yeni hakim İmran Burcayev işi “aidiyyatı” üzrə Suraxanı məhkəməsinə göndərmək barədə qərardad qəbul edib.10 aydan sonra təzyiqlə “aidiyyat” müəyyən edən Sabunçu məhkəməsinin bu aktından ilkin iddia üzrə cavabdeh,hazırda qarşılıqlı iddiaçı Qarabağ əlili şikayət etsə də,qanunvericiliyin tələbinə zidd olaraq şikayət vermə müddətini gözləmədən iş Suraxanı məhkəməsinə göndərilib.Onu da vurğulayaq ki,Suraxanı məhkəməsində də eyni predmet üzrə eyni tərəflər arasında Qarabağ əlilinin iddiası üzrə hakim Elçin Ağayevin icraatında iş var.Amma və nə yazıq,bu işə də 6 aydır baxılmır.Deyəsən,məhkəmələr hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini unudublar.Prokurorluq isə VN-in saxta defekt aktı ilə savaş əlilindən pul tələb edilməsinə görə “Nurgün” və “Rəvan”ı cərimələməsi faktı üzrə araşdırma aparmağa borclu olsa da,Suraxanı prokuroru 2 ildən sonra işi “aidiyyatı” üzrə Xətai prokuroruna göndərib.Fikir verin,nə məhkəmələr,nə prokurorluq,nə polis əlillərin şikayətlərinə baxmağı “ötür-ötür”lə özlərinə sığışdırmırlar.Bu “aidiyyat”dan rüşvət,korrupsiya “iyi “ gəlmir ki?
Sabunçu məhkəməsinin “aidiyyat” rüşvətxorluğundan əlilin Ədliyyə Nazirliyinə,Məhkəmə Hüquq Şurasına şikayətləri hələ ki sonuc vermir.Özü də belə aiddiyyat qaydaları məhkəmə(lər) üçün iş prinsipinə çevrilib.Yəqin ali hakimyyət orqanları belə işləməyə son verməkdə çətinlik çəkməzlər.
teref.az - MƏĞRUR BƏDƏLSOY












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.