"Bu, təxribat ola bilər" - Ələsgər Məmmədlidən çağırış

3-04-2016, 02:16           
"Bu, təxribat ola bilər" - Ələsgər Məmmədlidən çağırış
"Sosial şəbəkədə olan hər kəsi məsuliyyətli olmağa səsləyirəm. Azərbaycan əskərləri öz vətənlərini işğal edən düşmənə qarşı mübarizə aparır və bunu qanun çərçivəsində edir"

Arqument.Az xəbər verir ki, bunu media hüququ üzrə ekspert Ələsgər Məmmədli bu gün cəbhə bölgəsində baş verən gərginləyə münasibət bildirərkən, feysbukda yazıb.

Tanınmış ekspert sosial şəbəkə istifadəçilərinə ordu ilə bağlı xəbərləri və video-rolikləri paylaşarkən diqqətli olmağı tövsiyə edib:"Hansısa şəkillərdə baş kəsilməsini göstərən montajları lütfən paylaşmayın. Bu, təxribat ola bilər. Azərbaycan əsgərləri düşməndə olsa meyidi təhqir etməz. Anlaşılan Suriyada İŞID-ı vurmağa gedən ruslar indi də bu xəbərləri ortalığa atmaqla Qarabağa erməniləri dəstəkləməyə gəlməyə qılıf axtarır. Lütfən, heç kim belə şəkil paylaşmasın".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.