Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və...

5-02-2022, 08:26           
Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və...
"O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər".
İttihamın müəllifi bildiyiniz kimi, AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovdur. İttiham ağır ittihamdır, söhbət sənədlərin saxtalaşdırılmasına gedir, onu araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür.
Deməli bu mövzu hələ ötən il ictimailəşəndən sonra Rasim Ağasiyev AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edildi, ümumiyyətlə AMEA-dan uzaqlaşdırıldığı barədə məlumat yayıldı. Halbuki Ramiz Mehdiyev söz-söhbəti yatırmaq üçün Rasım Ağasiyevi AMEA-nın bir küncündə, belə demək mümkünsə, "gizlədib".
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşır Həsənli öz feysbuk səhifəsində yazıb.

Ramiz Mehdiyev təsadüfi "alim olmuş" keçmiş "pasportstol" rəisini AMEA-nın İnsan Hüquqları İnstitutunda yerləşdirib və "ƏCNƏBİLƏRIN HÜQUQLARI VƏ MİQRASİYA" bölməsinə rəhbər təyin edib. http://huquq.org.az/.../the-rights-of-foreigners-and.../
Bu strukturun fəaliyyəti Azərbaycan Respublikasında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqları ilə bağlı, həmçinin miqrasiya proseslərində mövcud olan problemlərin elmi əsaslarını araşdırıb təhlil etmək və bu sahədə elmi tədqiqat işlərini aparmaqdan ibarətdir.
İNSAH HÜQUQLARI ÜZRƏ ELMİ TƏDQİQAT İŞLƏRİ..!

Rasim Ağasiyev "Femida Hüquqi Yardım" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir, onun hüquqi qeydiyyatda olduğu ünvanda "Aygün" kiçik müəssisəsi və "İmpeks" LTD qeydiyyatdan keçib. Qardaşı Akif Ağasiyev "Semaşko"nun yanında 18 mərtəbəli binanın tikintisini həyata keçirmiş "TİKİŞÇİ" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir.
Teref.az olaraq adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.