Mövcud olmayan "Escobar" smartfonunun yaradıcısı dələduzluqda təqsirli bilindi

Dünən, 16:44           
Mövcud olmayan "Escobar" smartfonunun yaradıcısı dələduzluqda təqsirli bilindi
Valyuta.az xəbər verir ki, bu barədə "PCMag" məlumat yayıb.

ABŞ-da aparılan istintaqa əsasən, "Escobar Inc." şirkətinin keçmiş baş direktoru Olof Qustafsson "Escobar Fold 1", "Fold 2" və digər məhsulları adı altında faktiki olaraq mövcud olmayan cihazların satışını təşkil edən dələduzluq sxemi qurmaqda təqsirli bilinib.

İstintaq materiallarına görə, Qustafsson istehlakçıları bilərəkdən aldadıb, onlara saxta "qızıl" "Escobar Phone Gold 11 Pro" smartfonları və "Escobar Cash" kriptovalyutası təklif edib. Alıcılar sifariş etdikləri məhsullar əvəzinə, kitablar, sertifikatlar və ya dəyərsiz reklam materialları alıblar. Bu satışların real ticarət fəaliyyəti olmadığı, sırf dələduzluq məqsədi daşıdığı sübut edilib.

Qustafsson biznesin qanuni və məhsulların real olduğu görüntüsünü yaratmaq üçün az sayda cihazı tanınmış bloqgerlərə göndərib. Bu yolla media marağı yaradaraq istehlakçı tələbatını süni şəkildə artırıb. Məsələn, təqdim edilən "Escobar Fold 2" modeli əslində yalnız "qızılı folqa" ilə örtülmüş "Samsung Galaxy Fold" smartfonu olub. İctimai marağı stimullaşdırmaq üçün saxta məhsulların reklamına 307 min ABŞ dollarından çox vəsait xərcləndiyi açıqlanıb.

Qustafssona qarşı irəli sürülmüş ittihamlar dələduzluq (20 ilədək həbs) və pulların yuyulması (10 ilədək həbs) kimi ağır maddələri əhatə edir. Məhkəmənin hökmünün 2025-ci il dekabrın 5-də elan ediləcəyi gözlənilir.

Əlavə olaraq, Qustafsson zərərçəkənlərə 1,3 milyon ABŞ dolları həcmində maddi kompensasiya ödəməyə məcbur ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru