ABŞ-də məhkəmə Trampın Epşteyn işinə dair sorğusunu rədd edib
Dünən, 12:58
ABŞ-nin Florida ştatının Dairə Məhkəməsi məşhur maliyyəçi Cefri Epşteynin işi üzrə Böyük Münsiflər Məhkəməsinin iclaslarının stenoqramlarını açıqlamaqdan imtina edib.
Bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Bildirilib ki, stenoqramların açıqlanmasına dair sorğunu ötən həftə ABŞ Ədliyyə Nazirliyi təqdim edib.
Federal hakim Robin Rozenberq qeyd edib ki, "əl-qolu bağlıdır" və əlavə edib ki, xüsusi hallar istisna olmaqla, rayon məhkəmələrinə Böyük Münsiflər Məhkəməsinin iclasları ilə bağlı məlumatları açıqlamaq qadağandır.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin sorğusu ABŞ-nin Prezidenti Donald Trampın birbaşa göstərişi ilə təqdim olunub.