Qabığı yeyilməyən meyvələrdə gizli təhlükə - Mütəxəssisdən xəbərdarlıq
Dünən, 16:58
"Hətta qabığı yeyilməyən meyvələrin də istehlakdan əvvəl yuyulması vacibdir".
Bu barədə "Mirror" nəşrinə müsahibəsində qida texnoloqu Tamika Sims məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məsələn, yuyulmamış banan qabıqları infeksiya mənbəyi ola bilər və zəhərlənmə ilə nəticələnə bilər.
O əlavə edib ki, bu cür gigiyena vərdişi qabıqlarda ola biləcək kir və mikrobların meyvəyə keçməsinin qarşısını almaqla qidanın təhlükəsiz şəkildə istifadəsinin ən yaxşı yollarından biridir.