Yaponiyada oğul anasının meyitini öz mənzilinin tualetində 10 il gizlədib

Dünən, 12:57           
Yaponiyada oğul anasının meyitini öz mənzilinin tualetində 10 il gizlədib
Yaponiyada 60 yaşlı kişi anasının ölümünü 10 il gizlətdiyi üçün həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Hyoqo prefekturasının Kobe şəhərində 95 yaşlı qadının meyiti yaşadığı mənzilin tualetində tapılıb. Polis may ayının sonlarında araşdırmaya başlayıb.

Yerli məmur Takehisa Miyavaki onun vəziyyətində narahatlıq hiss edərək, ondan təfərrüatı paylaşmasını istəyib. Xüsusən də anası barədə soruşub. Miyavakinin cavab verməkdən boyun qaçırması dövlət qulluqçusunun şübhələrini artırıb.

Polislə əlaqə saxladıqdan sonra, ananın adına qeydiyyatda olan mənzildə axtarış aparan zabitlər onun skeletini tualetdə aşkar ediblər.

Miyavaki işsizdir və daimi yaşayış yeri yoxdur. Dindirmə zamanı o, anasını təxminən on il əvvəl huşsuz vəziyyətdə tapdığını etiraf edib. Təcili yardım çağırmamaq və hadisə barədə heç kimə məlumat verməmək qərarına gəlib.

Miyavaki bu hərəkətini sosial fobiyadan əziyyət çəkməsi ilə izah edib. O, polisə və ya xəstəxanaya müraciət etməkdən qorxduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru