Jül Vernin əsərində Bakıda yaşayan ləzgilər haqqında diqqətçəkən məqam VİDEO

24-07-2025, 17:54           
Jül Vernin əsərində Bakıda yaşayan ləzgilər haqqında diqqətçəkən məqam  VİDEO
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında ləzgilərin kompakt yaşadığı Qusar rayonunun Hil, Əvəcük, Həzrə, Köhnə Xudat və Qazmalar kəndlərinə səyahət edilib.

Tarixçi Sənan Xəlilov verilişdə bu ərazilərdə məskunlaşan ləzgi xalqı haqqında məlumat verib. Onun sözlərinə görə, ləzgilər eramızdan əvvəl VII əsrdə Makedoniya ərazisindən bura gəliblər.

Sənan Xəlilov ləzgilərin məşhur "Xəncər çıxdı, qan çıxdı" məsəlinə də aydınlıq gətirib. O, bu ifadəni izah edərkən fransız yazıçısı Jül Vernin "Klodius Bombarnak" əsərinin qəhrəmanını misal gətirib:

"Əsərin qəhrəmanı Tbilisidən Pekinə qədər dəmir yolu ilə səyahət edir. Bakı vağzalına çatanda orada milyonerlərin faytonlarının yanında əlində xəncər tutan ləzgiləri görür. Sən demə, Bakı milyonerləri qoçularını ləzgilərin arasından seçirmişlər. Bunun səbəbi isə həmin xalqın nümayəndələrinin çox dürüst və ölümə belə gedən insanlar olmaları idi".

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru