Dilimizdə təhrif olunan ifadələr...

Dünən, 16:04           
Dilimizdə təhrif olunan ifadələr...
Dilimizdə işlənən belə bir maraqlı ifadə var: "İlanın yarpızdan zəhləsi gedər, o da yuvasının ağzında bitər”… Bu ifadə Mahmud Kaşğarlının “Divani-lüğət-it-türk” əsərində belə qeyd olunur: “Yılan yarbuzdan qaçar, qança barsa, yarbuz ötrü gəlir”.
Mənası budur ki; "İlan yarbuzdan qaçar, ancaq hara getsə qarşısına çıxar”. Burada təhrif olunan söz "yarbuz" sözüdür.
Hazırda bu ifadə "yarpız" şəklində işlənir. İlanın isə yarbuzdan zəhləsi gedir, çünki yarbuz səhralarda yaşayan yırtıcı heyvan növüdür. Bu yırtıcı heyvan əsasən ilanlarla qidalanır. Yarbuzun digər adı isə "manqust"dur. Deməli, bu Atalar sözü əslində belədir: “İlanın yarbuzdan zəhləsi gedər, o da hara getsə qarşısında bitər”.
Klassik Ədəbiyyat İnciləri
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru