Fransanın birinci xanımı barədə şok ittiham: Makron jurnalisti məhkəməyə verdi

Dünən, 15:58           
Fransanın birinci xanımı barədə şok ittiham: Makron jurnalisti məhkəməyə verdi
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit amerikalı jurnalist Kendis Ouensini Fransanın birinci xanımının guya kişi doğulduğu barədə bəyanatına görə məhkəməyə veriblər.

Oxu.Az "Financial Times" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, cütlük bloqer və podkast aparıcısı Ouensiyə qarşı ABŞ-də böhtan iddiası qaldırıb.

Diffamasiya iddiası Ouensinin "YouTube" kanalında keçən il yayımlanmış və 2,3 milyon dəfədən çox baxılan "Bricitin təşəkkülü" adlı səkkiz seriyalı buraxılışına görə verilib.

İddiada bildirilir ki, cütlük əhəmiyyətli nüfuz zərəri ilə üzləşib və ictimai məlumatı düzəltmək üçün xeyli pul xərcləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru