Kiyevdə qanlı terrorun QARŞISI ALINDI: Rus kəşfiyyatının planı İFŞA EDİLDİFOTO

Dünən, 16:57           
Kiyevdə qanlı terrorun QARŞISI ALINDI: Rus kəşfiyyatının planı İFŞA EDİLDİFOTO
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xüsusi xidmət orqanlarının iyulun 23-ü axşam saatlarında Kiyevdə qanlı terror aktı törətmək cəhdinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

İstintaq məlumatına görə, ruslar tərəfindən ələ alınmış Kiyev sakini kafeyə təxminən 1,5 kiloqram trotil ekvivalentində olan iki kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirməli imiş. Bombaların pik saatda, uzaqdan idarəetmə ilə partladılması və nəticədə mümkün qədər çox dinc sakinin öldürülməsi planlaşdırılırdı.

Diqqətçəkən məqam odur ki, qadını bu əməliyyatı Rusiya FTX-si (FSB) deyil, guya UTX-nin tapşırığı ilə həyata keçirdiyinə inandırıblar. Beləliklə, ruslar terror aktını "yalançı bayraq" altında reallaşdırmağa çalışıblar.

Hazırda şübhəli şəxs saxlanılıb. UTX araşdırmaları davam etdirir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru