Türk insanı üçün ANA müqəddəs bir varlıq hesab edilir

Dünən, 15:04           
Türk insanı üçün ANA müqəddəs bir varlıq hesab edilir
"Qədim yunan, Roma və German cəmiyyətlərində qadın, “söz haqqı olmayan qul” hesab edilirdi. Hətta qədim yunan cəmiyyətində və yunancada “evlilik” və ya “evlənmək” mənasına gələn “eggue” sözü “qız atası ilə qızla evlənəcək kişi arasında bağlanan satış sənədi” anlamında istifadə edilirdi. Platona görə isə “qadın uşaq doğmaq üçün bir alətdir”. Hind, Sasani və digər mədəniyyətlərdə də qadına münasibət dəyişmirdi.Qadınlar üçün ən dözülməz həyat tərzi slavyan, qədim rus və Skandinaviya xalqlarında müşahidə edilib. Burada qadın kişinin sahib olduğu əşyalardan daha qiymətsiz idi.
Bunun əksi olaraq isə Türk dünyasında qadınlar azad və söz sahibi idilər. Bunun bir səbəbi türk hərbi sistem idi ki, ailədəki kişi dövlətin əskəri hesab edildiyindən uzun hərbi səfərlər sırasında ailə tamamilə qadının nəzarətində idi.Belə hallarda uşaqlar ananın sözündən çıxa bilməzdi. Türk mifologiyasında qadınlar çox yüksək bir mövqedə təsvir olunurlar. Yaradılış dastanına görə qadınlar, kainatın yaranmasına səbəb olan ilham mənbəyi kimi görülürdülər. Tarixi mənbələrdə türklərin əhəmiyyət verdikləri hüquqları “Ana haqqı” olaraq qəbul etdikləri və Tanrı Haqqı ilə bərabər tutulduğunu göstərir.
Bütün bu faktlar sübut edir ki, Türk insanı üçün ANA müqəddəs bir varlıq hesab edilir".
Zaur Aliyev , fəlsəfə doktoru, dosent
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru