Səyahətdə baqaj itərsə və zədələnərsə aviaşirkət kompensasiya edir?-AÇIQLAMA

24-07-2025, 17:14           
Səyahətdə baqaj itərsə və zədələnərsə aviaşirkət kompensasiya edir?-AÇIQLAMA
Bəzən xaricə səyahət edəndə hava limanında müəyyən problemlərlə qarşılaşırıq. Bu da əksər hallarda sərnişinlərin narazılığına səbəb olur.

Moderator.az-a açıqlama verən turizm eksperti Rəhman Quliyev bildirib ki, əksər sərnişinlər öz hüquqlarını bilmir:

"Bəzi hallarda aviaşirkətlər yaranmış problemə görə kompensasiya ödəməlidir. Turizm şirkəti sərnişin üçün bir vəkil rolunu oynayır. Fövqəlada hallarda və bütün dünyada baş verən son olaylarda aviakompaniyaların gedişində, istiqamətində dəyişiklər olur. Tiranzit uçuşlarda birbaşa problem yaranır. Aviakompaniyalar vətəndaşlara məlumatlar göndərməlidirlər. Yaxşı olar ki, vətəndaşlar səfərə getməzdən 1 gün öncə tur məhsulu aldığı yeri nəzərdən keçirsinlər. Əgər aviakompaniyanın uçuş vaxtı gecikərsə, vətəndaş növbəti uçuşdan qalırsa bu halda avikompaniya vətəndaşa kompensasiya ödəməli, həmin gecikmə ərəfəsində vətəndaşı otellə, yeməklə təmin etməlidir. Çünki bu vətəndaşın günahı olmadan baş verib" deyə ekspert bildirib.

Rəhman Quliyev deyir ki, bundan başqa çamadanın itməsi və zədələnməsi halı baş verərsə, kompensasiya edilməlidir:

"Vətəndaşlar səyahətə getməzdən əvvəl öz baqajlarını aviakompaniyaya təhvil verəndəb öncə mütləq dəyər sübutu olaraq şəkilini çəkmələri tövsiyyə olunur. Daha yaxşı olardı kı, deklarasiya yazılsın. Əgər baqajda dəyərli əşyalar varsa deklarasiya yazılmağı məqsədəuyğundur. Baqaj itdiyi və zədələndiyi halda, içərisindəki əşyalara zərər toxunduğu halda həmin dəyər sübutu ilə aviakompaniyadan təzminat tələb edə bilər. Burada iki formada baqaj xərci ödənilə bilir. Biri lokal qaydalara uyğun olaraq, biri də monreal konvensasiyasına uyğun olaraq kompensiasya ödənilir. Əgər vətəndaş qeydiyyat zamanı minik talonunu alırsa, həmin talonun üzərində barkod şəklində baqaja aid olan qəbz var ki, onu pasportu ilə öz üzərində daşımalıdır" deyə ekspert bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru