Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən "Sədərək" adı niyə silinib? - İctimia Birlik sədrindən ETİRAZ

Dünən, 08:44           
Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən "Sədərək" adı niyə silinib?
Naxçıvan şəhəri, Sədərək rayon sakini, Müharibə Əlil və Veteranları İctimai Birliyinin sədri Zamanov Kəmaləddin Nəcəf oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Zamanov Kəmaləddin Nəcəf oğlu, yazaraq bu məlumatı oxuyucuların diqqətinə çatdırmaq istəyirəm.

Əvvəla qeyd edim ki, bütün hallarda hər zaman millətini, vətənini sevən vətəndaşam.

Bildiyiniz kimi, Naxçıvanda 3 - Culfa, Şahtaxtı və Sədərək gömrük keçid məntəqələri var. Culfa rayonunda yerləşən "Culfa Gömrük Sərhəd-Buraxılış Məntəqəsi" adlanır. Şahtaxtıda yerləşən məntəqənin girişinə "Şahtaxtı Gömrük Postu" yazılıb. Talıbovların vaxtında sonuncu gömrük binası tikilən zaman "Sədərək Gömrük Sərhəd-Buraxılış Mənətəqəsi"ndən "Sədərək" adını sildilər, sadəcə "Gömrük Sərhəd-Buraxılış Məntəqəsi" yazdılar. Bu, belə məna verir ki, mərhum prezident Heydər Əliyevin Sədərəyi Azərbaycanın “Qeyrət qalası" adlandırması bəzi məmurları narahat edirmiş. Ən başda da millət vəkilimiz Ziyafət Əsgərovu...

Naxçıvan Gömrük Komitəsinin rəisi Vüqar müəllimlə görüşdüm. Vüqar müəllimin məsləhəti ilə Azərbaycan Gömrük Komitəsinə rəsmi məktub ünvanladım. Lakin məktubumun içərisindəki sual və yazılara cavab vermək onlara o qədər çətin gəlib ki, 4 aydır səssizliklərini qoruyurlar.

Biz, Sədərək müharibə veteranları olaraq, sədərəkli olmağımızla fəxr edirik. Çünki 1990-1993-cü illərdə biz öz sözümüzü demiş şəxslərik. Bu gün Avropadan Azərbaycana gələn qonaqlar hansı əraziyə daxil olduqlarını onların sayəsində bilmirlər. Bu, çox ciddi bir məsələdir. Diqqətli yanaşmalarını sizin sayt və televiziya vasitəsilə xahiş edirəm".

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru