Azərbaycan ordusu qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri"ni məhv etdi

4-04-2016, 23:40           
Azərbaycan ordusu qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri"ni məhv etdi
Azərbaycan Silahlı Qüvvələrinin düşmənin komanda-qərərgah məntəqəsinə zərbələr edirməsi barədə məlumatlar və təsdiqedici faktlar ortaya qoyulduqdan sonra sosial şəbəkələrdə ilginc xəbərlər yayılmağa başlayıb.

teref.az Avropa.info-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni istifadəçilərinin paylaşdığı şərhlərə əsasən Azərbaycan Ordusunun dağıdıcı zərbəsi nəticəsində "Qondarma Dağlıq Qarabağ Rrespublikanın” yüksək rütbəli zabitləri məhv edilib.

Komanda-Qərərgah Məntəqəsinin vurulmasına şərh yazan istifadəçilər bildirirlər ki, idarəetmə məntəqəsinin vurulduğu an orada yüksək çinli zabitlərlə yanaşı", müdafiə naziri" Levon Mnatsakanyan və general Seyran Saroyan olub. Bununla yanaşı şərhlərdə bildirilir ki, qeyd olunan şəxslər ağır xəsarət alıblar.

Qeyd edək ki, bu gün ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib.

Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.