Sumqayıt Dövlət Texniki Kolleci barədə də nazirlik ölçü götürmlidir

7-05-2015, 13:30           
Sumqayıt Dövlət Texniki Kolleci barədə də nazirlik ölçü götürmlidir
Daha bir təhsil ocağı ilə bağlı problem yaşana bilər. Bu barədə DİA.AZ-a məlumat verən mənbə bildirir ki, artıq təhsil nazirliyində bir neçə tədris ocağının rəhbərliyinin fəaliyyətinin araşdırılması qərarı verilib ki, bunların sırasında Sumqayıt Dövlət Texniki Kolleci də var.

Xatırladaq ki, dünən nazirliyin yeni qərarı açıqlandı və bu qərarda qeyd olunurdu ki, kolleclər ali məktəblərin nəzdində fəaliyyət göstərəcək. Və görünəni odur ki, nazirlik belə bu gün özbaşına buraxılan kolleclərin ipinin üstünə odun yığa bilmədiyindən onların üzərində əlavə rəhbərliklər formalaşdırmaq qərarını verib.

Dia.az-a danışan mənbə iddia edir ki, konkret olaraq Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyeva ilə bağlı məsələ ciddi şəkildə müzakirə olunub. Mənbənin söylədikləri:

Mikayıl Cabbarov bu təhsil ocağı ilə bağlı müdaxilə qərarı verib

«Yaxın günlərdə qərar açıqlanacaq. Ölkənin 1-ci Bakı Avropa Oyunları kimi ciddi bir tədbir ərəfəsində olduğu bir məqamda hansısa təhsil ocağının başağrısına çevrilməsi nazirlik üçün də arzuolunan deyil».

Xatırladaq ki, dünən yayılan informasiyalarda qeyd olunurdu ki, Mətanət Pirquliyeva həm imtahanlar və həm də olimpiada ilə bağlı tələbələrdən, hətta müəllimlərdən belə qanunsuz olaraq pul toplamaqla məşğuldur. Belə ki, tələbələrdən istənilən məbləğin 50-250 manat arası olduğu da söylənilirdi.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.