Rusiyanın müdafiə naziri bu görüntülərdən sonra yoxa çıxıb – VİDEO

23-03-2022, 17:03           
Rusiyanın müdafiə naziri bu görüntülərdən sonra yoxa çıxıb – VİDEO
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu ictimai məkandan qəfil yoxa çıxıb”.

Teref.az yeniavaz-a istinadən xəbər verir ki, bu barədə “Mediazona” və “ Agency ” nəşrlərinin rusiyalı araşdırmaçı jurnalistləri məlumat yayıblar.

Bildirilib ki, o, sonuncu dəfə martın 11-də ictimaiyyət qarşısına çıxıb və jurnalistlər onu 12 gündür görmürlər: “Adətən Şoyqu mediada çox fəaldır. Nazirliyin mətbuat xidmətinin ştatını xeyli artırıb və sözügedən şöbə ictimai imicin formalaşması üzərində çox çalışıb.

Martın 11-dək Şoyqu demək olar ki, hər gün xəbərlərdə çıxış edirdi. İndi informasiya məkanında onu hərdən xatırlayırlar, lakin təzə foto və videolar olmadan.

İşğalçı ölkənin Müdafiə Nazirliyinin rəhbərinin əhatəsində onun ürəyində problem olduğunu müzakirə edirlər.
Martın 11-də Şoyqu “xüsusi hərbi əməliyyatda” iştirak edən işğalçılara dövlət mükafatlarını təqdim edib. Bu video onun sonuncusudur.


Martın 18-də Kremlin saytında Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə “Ukraynada xüsusi əməliyyatın gedişatını” müzakirə etdiyi mesajında ​​Şoyqunun adı çəkilib. Məlumata görə, Şoyqu görüşdə iştirak edib, lakin görüşdən video və fotolar dərc edilməyib.

Həmin gün “Birinci Kanal” Şoyqunun mükafatları təqdim etməsi ilə bağlı süjet yayımladı. Reportajda hadisənin “bu gün” baş verdiyi deyilirdi, lakin kanal martın 11-dən köhnə bir video nümayiş etdirdi.

Müdafiə Nazirliyinin saytında Şoyqunun profilindəki son xəbərlər də martın 11-nə aiddir”.

Araşdırmaçı jurnalistlər qeyd edirlər ki, təkcə Şoyqu yoxa çıxmayıb. Martın 11-dən sonra Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimovun iştirakı ilə heç bir tədbir keçirilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.