RUSİYA "EDAM QRUPLARI" YARADIR? - Putin müharibədə Stalinin taktikasından istifadə etmək istəyir

23-03-2022, 17:22           
RUSİYA "EDAM QRUPLARI" YARADIR? -
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ukraynadakı döyüşlərdə yüzlərlə rus hərbçisinin əsir düşdüyünü, təslim olduğunu və ya döyüş meydanından qaçdığını görürük. Döyüşmək istəməyən hərbçilər Ukrayna əsgərləri ilə əlaqə quraraq ya könüllü təslim olurlar ya da fərarilik edirlər. Rəsmi məlumatlara görə, Ukraynada hazırda 562 hərbi əsir var.

İddialara görə, ordudakı özbaşınalılqlara son qoymaq istəyən Putin, Ukraynada Stalinin İkinci Dünya Müharibəsindəki "edam qrupları" taktikasından istifadə etməyi planlaşdırır.

“AzPolitika.info” İngiltərənin “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Vladimir Putin ordudakı neqativ halların qarşısını almaq üçün edam qruplarından ibarət hərbçiləri Ukraynaya göndərib. Məlumatda qeyd olunur ki, çeçen döyüşçülərə də rusların fərariliklərinin qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, İkinci Dünya Müharibəsində tətbiq edilən 227 saylı “Geriyə dönüş yoxdur!” sərancamına əsasən, bütün cəbhələrdə "edam qrupları" yaradılmışdı.

Bu qrupun əsas vəzifəsi döyüşmək istəməyən, əsir düşən, fərarilik edən və alman əsirliyindən sağ qurtulan əsgərləri öldürmək idi. İnternet resurlarındakı məlumatlara görə, sovet ordusunda 170 min nəfərlik cəza qrupları yaradılıb və onlar tərəfində 1942-1945-ci illər ərzində 422 mindən artıq hərbçi edam edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.