Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək...

24-03-2022, 08:33           
Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək...
Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək: NATO-nun fövqəladə zirvəsi, G-7 zirvəsi və Avropa İttifaqı liderlərinin görüşü;
Hər üç görüşdə Moskvaya qarşı yeni addımların atılması qərarı gözlənilir, lakin bu qərarların Rusiyanın Ukraynada işğal hücumunu dayandıracağı gözləntisi azdır.
- Hava məkanının bağlanması;
- Döyüş təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin verilməsi;
Qərb cəbhəsinin mövqeyi, xüsusilə “üçüncü dünya müharibəsindən çəkinməklə” bağlı əsası Kiyevin bu tələblərinin yenə havada qalacağını deməyə əsas verir. NATO baş katibi Yens Stoltenberqin açıqlaması da bu yöndədir.
“Bizim istəyimiz müharibənin Ukraynadan çıxmaması və NATO-Rusiya münaqişəsinə çevrilməməsidir, çünki bu daha çox ölüm və dağıntılara səbəb olacaq”, - baş katib bildirib və Kiyevə veriləcək dəstəyin nə olacağını da açıqlayıb:
- Əlavə hərbi yardım;
- Kibertəhlükəsizliklə bağlı yardım;
- Kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükəsindən qorunmaq üçün avadanlıqlar;
NATO və G-7 zirvəsi daha çox Qərb blokunun daha sıx birləşməsi, Şərqi Avropa boyunca – Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrin təhlükəsizliyinin qorunması məqsədi daşıdığı görünür. Ukrayna motivdir.
NATO-ya üzvlük məsələsindən imtina edən və NATO-nun zirvə görüşündə üzvlük məsələsinin ümumiyyətlə müzakirə edilməyəcəyi Ukrayna üçün ən azı Aİ-yə üzvlük aktual məsələlərdəndir. Lakin bu gün müzakirə ediləcək bu məsələ ilə bağlı qərarın veriləcəyi də sual altındadır.
Asif Nərimanlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.