“Putin ciddi xərçəng xəstəsidir, Rusiyada çevriliş başlanır” - Ukraynanın baş kəşfiyyatçısı

14-05-2022, 07:25           
“Putin ciddi xərçəng xəstəsidir, Rusiyada çevriliş başlanır” -
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə avqust ayında dönüş nöqtəsinə çatacaq və ilin sonuna başa çatacaq.

Ukraynanın Baş kəşfiyyatçısı Kirill Budanov belə hesab edir.

Artıq Rusiyada Vladimir Putini devirmək məqsədilə çevriliş baş verir. Bu barədə də Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat Idarəsinin rəisi Kirill Budanov «Sky News»-ə müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Kremlin başçısı ciddi xərçəng xəstəsidir.

Budanov həm də qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə avqust ayında dönüş nötəsinə çatacaq və ilin sonuna başa çatacaq.

«Dönüş avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna döyüş fəaliyyətinin aktiv hissəsi əsasən başa çatacaq. Nəticədə biz, ərazimizdə Ukrayna hakimiyyətini bərpa edəcəyik, hansı ki, Donbass və Krım da daxil olmaqla, itirmişik» - Budanov deyib.

Onun sözlərinə görə, Rusiyanın taktikası dəyişməyib, baxmayaraq ki, müharibə şərqə doğru irəliləyib və əlavə edib ki, Rusiya böyük itkilər verir.

Baş kəşfiyyatçı deyir ki, müharibədə Rusiyanın uğursuzluğuna təəccüblənmir. «Biz, düşmənimiz barədə hər şeyi bilirik. Biz, onların planları barədə demək olar, o andaca xəbər tuturuq» - o, qeyd edib.

«Biz, səkkiz ildir ki, Rusiya ilə döyüşürük və deyə bilərik ki, geniş reklam olunan rus gücü - mifdir. O, deyilən qədər güclü deyil. O, silahlı insanların «orda»sıdır» - BKİ rəisi deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.