Nurdinjon İsmayılov Bakıya gəldi

15-05-2022, 08:55           
Nurdinjon İsmayılov Bakıya gəldi
Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmayılovun başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.

Rəsmi səfər mayın 19-da başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru