"Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevdən fərqli olaraq, Dövlətimizin öz qanunları var." - Baş redaktor yazır...

16-05-2022, 09:26           
"Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevdən fərqli olaraq, Dövlətimizin öz qanunları var." - Baş redaktor yazır...
Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevdən fərqli olaraq, Dövlətimizin öz qanunları var.
Görünür büdcəni xımır-xımır yeyən “asvalt kralı”-na, HƏBSLƏR DƏ GÖRK OLMUR...
Teref.az yazır ki, bunu Mediaxeberleri.Az xəbər portalının baş redaktoru Ələddin Qarayev yazır. Baş redaktor fikrini belə davam edərək yazır:
Qazaxın “asvalt kralı”na xatırladaq ki, avtomobil yollarının tikintisi və yenidən qurulması qanunverilicikdə bu qaydadadır.
1. Ümumi müddəalar
1.1. Avtomobil yollarının tikintisi və yenidən qurulması zamanı bu “Qaydalar”da müəyyən edilmiş tələblərdən başqa, ətraf mühitin mühafizəsi, sənaye sanitariyası, texniki təhlükəsizlik sahələrində qüvvədə olan normativ texniki sənədlərin və təsdiq olunmuş layihələrinin tələblərinə riayət edilməlidir.
1.2. Avtomobil yollarının tikintisi və yenidən qurulması zamanı ətraf mühitin mühafizəsi üzrə layihədə müvafiq tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlərin tərtibində ətraf mühitin mühafizəsi, ekoloji və geoloji şəraitin dəyişilməməsi və sabit təbii balansın saxlanması öz əksini tapmalıdır.
1.3. Yolların tikintisi və yenidən qurulması zamanı istifadə edilən üzvi yapışdırıcı materiallar qızdırıcı sistemlərlə təchiz edilmiş xüsusi anbarlarda saxlanmalıdır.
1.4. Yolun tikintisi və yenidən qurulması üçün zəruri olan daş materialları (çınqıl, qırmadaş), bir qayda olaraq, relsyanı bunkerlərə boşaldılmalıdır. Bu materiallar asfalt-beton və sement-beton zavodların, qarışdırıcı qurğuların, relsyanı bazaların ərazilərinə yığılarkən onların meydançıları bərk və suyukənaredən örtüklə düzəldilməlidir.
1.5. Avtomobil yollarının tikintisi və yenidən qurulması ilə yalnız qanunla müəyyən edilmiş hallar istisna olmaqla, müvafiq lisenziyası olan şəxslər məşğul ola bilər.
Ələddin Qarayev
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.