İrəvanda meriya ilə üzbəüz binanın üzərində SSRİ bayrağı qaldırıldı... - NƏ BAŞ VERİR?

16-05-2022, 10:14           
İrəvanda meriya ilə üzbəüz binanın üzərində SSRİ bayrağı qaldırıldı... -
Ermənistan paytaxtında "Moskva Evi" adlı mərkəzin damında Sovet İttifaqının oraq-çəkicli qırmızı bayrağı dalğalanır. DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda gecə saatlarında "Hraparak" nəşri məlumat yayıb.

"İrəvan meriyasının damında Ermənistan Respublikasının dövlət bayrağı, qarşı tərəfdəki üzbəüz binanın damında isə keçmiş Sovet İttifaqının bayrağı dalğalanır.

Moskva Evinin direktoru Vaqram Karapetyan, əslində, o qədər irəli gedib ki, 30 il bundan əvvəl Sovet İttifaqından müstəqil olan Ermənistan yenidən Sovet İttifaqının tərkibində təsəvvür edib. Bu, Vaqram Karapetyan və ona bənzər rusiyayönümlü dairələrin əsas məqsədinin yenidən öz müstəqilliklərindən məhrum edilmiş respublikaların bu dönəmdə barəsində şayiələrin gücləndiyi ittifaq dövlətində yaşaması olduğuna açıq siqnaldır.

Bu gün Sovet İttifaqının dağılmasından əziyyət çəkənlər Ermənistanı yenidən Rusiyanın başçılıq etdiyi ittifaq dövlətinin tərkibində görmək istəyirlər. Təəssüf ki, ölkəmizdə azad və müstəqil Ermənistan tərəfdarları getdikcə azalır. Bəziləri artıq Ermənistan və Artsaxı Türkiyə və ya Azərbaycanın bir hissəsi kimi, digərləri isə Rusiya və ya yeni Sovet İttifaqı kimi təsəvvür edirlər. Ermənistanın faktiki olaraq müstəqilliyini itirməsinə dəlalət edən bütün bu fikirlər isə ölkəmizdə dözümlə qarşılanır"- deyə erməni qəzeti yazır.

Xatırladaq ki, martın əvvəlində İrəvanda Ukraynada hərbi əməliyyatlar aparan Rusiyaya dəstək məqsədilə keçirilən riyakar aksiya zamanı ermənilər Rusiya bayrağı ilə yanaşı, SSRİ bayrağı da dalğalandırıblar...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.