Ukraynanın ABŞ-la birgə Rusiyanın bu vilayətinin işğalına hazırlaşdığı iddia edildi... - İLGİNC

17-05-2022, 09:16           
Ukraynanın ABŞ-la birgə Rusiyanın bu vilayətinin işğalına hazırlaşdığı iddia edildi... - İLGİNC
Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt iddia edib ki, guya Ukrayna hücuma və bunun ardınca həmin bölgəni ələ keçirməyə hazırlaşır. Rusiya Fedearsiyası İstintaq Komitəsindən sözügedən məlumatların öyrənilməsi vəd edilib. DİA.AZ bu haqda Moderator.az-a istinadla xəbər verir.

Qubernatorun sözlərinə görə, sənəd "Azov" alayının təlim mərkəzində tapılıb.

"Çox maraqlı sənəddir. Bu, ABŞ Ordusunun səhra nizamnaməsidir. Amma ən maraqlısı təlimatın başlığıdır:" Əks- partizan əməliyyatları"...", - deyə Starovoyt bildirib.

Kursk vilayətinin başçısının sözlərinə görə, "Amerika ordusu bütün bu illər ərzində məqsədyönlü şəkildə Ukrayna hərbi birləşmələrini yeni əraziləri ələ keçirmək və mümkün partizan hərəkatlarına qarşı mübarizəyə hazırlayıb".

Rusiya vilayətinin rəhbəri qeyd edib ki, dərslik 1986-cı ildə Kolumbiyanın Amerika dairəsində hazırlanıb və 2005-ci ildə Odessada nəşr edilib.

Ukrayna mediası yazır ki, qubernator bəhs edilən "sənəd"ləri operativ iclas zamanı oxuyub. Onun sözlərinə görə, bunlar "Ukraynanın Kursk vilayətini ələ keçirməyə hazırlaşdığını sübut edir".

“Rusiya Federasiyasının İstintaq Komitəsi Kiyev rejiminin Kursk vilayətinə hücuma hazırlığı ilə bağlı sənədləri öyrənəcəyini bildirib" - Rusiya mediasının yaydığı xəbərdə belə deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.