Döyüşən də onlar, danlanan da, məmur, xəstəxana qapılarında gözləyən də... - ETİRAZ

21-05-2022, 12:35           
Döyüşən də onlar, danlanan da, məmur, xəstəxana qapılarında gözləyən də... - ETİRAZ
Cəmi 1 videomaterialda “Paşinyandan Əliyevə dəhşətli zərbə”, “Putin Xankəndinə əl qoydu”, “Ruslar hücuma keçdi”, “Xocalı darmadağın edildi” başlıqlarını 2 saat əvvəl Youtube-də paylaşan internet kanalın 222 min izləyicisi var.

Musiqidədə, mədəniyyətdə, elmdə, hərbidə, ümumiyyətlə çox sahədə vəziyyət məhz belədir. Zövqlər korlanır. Reallıq hissini itirib eşitmək istədiyimiz şirin yalan, bayağı müsiqi, 309 nəfər öldürən 18 yaşlı əsgər və ya erməni generalları boğan bir oğul, öz ərazimizi düşmən nəzarətində olan ərazidən seçməyən və erməni çobanı Monte ilə səhv salan MTN “xəfiyyəsi” nədənsə bizə daha yaxın dayanır. Halbuki döyüşən hər bir hərbçi, əsgəri də, zabiti də biz qəhrəman etməli idik. Edə bildikmi? Döyüşən də onlar, danlanan da onlar, məmur, xəstəxana qapılarında gözləyən də onlar, maaşları Qələbədən 10 gün sonra kəsilən də onlar. Bu barədə bu qədər.

Düşmən məğlubiyyətini qəbul etmir, eynilə əxlaqsızını dünyaya xeyixah və ideal şəxsiyyət kimi sırıyır. Bizim Youtube kanalı da audiotoriyaya “Paşinyandan Əliyevə dəhşətli zərbə”, “Putin Xankəndinə əl qoydu”, “Ruslar hücuma keçdi”, “Xocalı darmadağın edildi” başlıqlarını eyni materialın titul səhifəsində təqdim etməklə Ukraynadakı vəziyyət barədə xronikanı üzündən oxuyur. Düşmən medaiası ilə bizimki arasında fərq varmı, yoxmu deyə bilmirəm. Amma bilirəm ki, konkret bu 4 başlıqla aidiyyəti olmayan məlumatı audiotoriyaya sırıyan kanalı 222 min izləyicisi var.

Əslində kanalı çoxları qınamır. Kanal kütlə və izləyici arxasınca qaçır. Çünki kanal rəhbəri Marsdan gəlməyib. Onun kütləni arxasınca aparmaq niyyəti və məqsədi yoxdur. Bəlkə də bu mənəvi öhdəliyi barədə təsəvvürü belə olmayıb. Bunu ona birisi deməli idi, amma deməyib. Əgər Qarabağ kimi həssas mövzularda bu gündə məlumatlar tirajlaya biliriksə, o zaman cəmiyyətin zehnini, zövqünü və düşüncə tərzini bərpa etməyə uzun onilliklər lazım olacaq. Bəlkə də keçid ballarının minimuma enməsindən tutmuş, savadlı gənclərin ölkəyə qayıtmaması və hərbidə istefaların artmasınaqədər bir çox təəssüf doğuran proseslər bir biri ilə hansısa şəkildə əlaqəlidir. Sonuncunu daha geniş araşdırmalıyıq. “Orduda koronavirus faktı qeydə alınmayıb” məlumatının əziyyətini indi də çəkirik. Odur ki, heç olmasa ziyalı təbəqə öz sahəsi üzrə ictimaiyyəti arxasınca düzgün istiqamətdə aparmalıdır. Əks halda vəziyyəti düzəltmək daha çətin olacaq.
Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.