Urmiya gölünün quruması güneyliləri ayağa qaldırdı: “Bizdən dəstək gözləyirlər”

18-07-2022, 00:17           
Urmiya gölünün quruması güneyliləri ayağa qaldırdı: “Bizdən dəstək gözləyirlər”
Gülşən Məmmədoğlu: “İran hökumətinə təzyiq edə bilmək üçün problemin Quzey gündəminin mansetinə gətirmək, kütləviləşdirmək çox vacibdir”

“Urmu gölünun 95%- i quruyub, axırıncı nəfəsini verməkdədir. Bu göl qurusa İranda olan köklü, qədim dövlətçiliyimizin bütün istinadları məhv olacaq, əhali dağılacaq, assimilyasiya dərinləşəcək, ərazi əldən çıxacaq”. AYNA xəbər verir ki, bu sözləri İnsan Hüquqları və Qanunların Təbliği Mərkəzinin rəhbəri Gülşən Məmmədoğlu deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Güney Azərbaycandakı soydaşlarımız müraciət edirlər, dəstək istəyirlər: “Ən azı media dəstəyi verə bilərik, sosial şəbəkələrin, internet TV-lərin gündəminə çevirib, ictimai-siyasi institutlar olaraq bu böyük ümummilli böhranın qarşısını almaq üçün tək-tək, yaxud birgə bəyanatlar verə bilərik. Düşünürəm ki, İran hökumətinə təzyiq edə bilmək üçün problemin Quzey gündəminin mansetinə gətirmək, kütləviləşdirmək çox vacibdir”.

“Hörmətli cətəndaş cəmiyyəti mənsubları, mediamızdakı milli təəssüblü, bütövlük məfkurəsini daşıyan səmimi, vətənpərvər jurnalistlərimiz, sadə vətəndaşlar, lütfən məsələni gündəmə gətirin, işıqlandırın, paylaşın”, - deyə Mərkəz rəhbəri söyləyib.

G.Məmmədoğlu vurğulayıb ki, 16 iyul 2022-ci il tarixində Urmiyada gölün ölümcül durumuna etiraz olaraq aksiya keçirilib. Ağır polis və hərbi atmosferə baxmayaraq, Urmiya insanı öz təbii istəyini cəsarətli şəkildə dilə gətirib. Tutulanlar var.

Aksiyada tutuqlananlarin siyahısı:

Huşənq Nəqizadə- Urmiya

Mikayıl Qolipur- Urmiya

Əmir Rzaabadi- Urmiya

Həmid Əkbərzadə- Urmiya

Rza Əkbərzadə- Urmiya

Həmid Purvəli- Təbriz

Yunis Məhmud- Təbriz

Calal Dehqani- Təbriz

İslam İmani- Təbriz

Məhəmməd Mostəfai- Təbriz

Həkimə Əhmədi- Təbriz

İbrahim Azəroğlu- Təbriz

Vəli Zohrabi- Qoşaçay

Qeyd edək ki, aksiyayadan öncə səhər saatlarında Urmuda meydan fəaliyyətləri ilə tanınan bir neçə milli aktivist milli təhlükəsizlik idarəsinə çağırılıb, onlara xəbərdarlıq edilib.

Urmu şəhərinin Bazar ağzı - Ətayi kəsişməsi çevik polis ilə doldurulub. Çevik polis alaylarının yardımçı qismi isə "Hotel Rza"nın parkinqinə yerləşdirilib.

Sivil polis və təhlükəsizlik məmurları "İmam" küçəsinin başlanğıçından Ətayi kəsişməsinə qədər müxtəlif pozisiyalarda hazır vəziyyətdə gözləyiblər. Buna baxmayaraq, aksiya baş tutub.

Məlumat üçün bildirək ki, rəsmi açıqlamaya görə Urmu gölünün 95%-i tamamilə quruyub.

“Ən sonda bir soydaşımızın timsalında bütün guneylilərin bizlərə məzəmmətini də demək istəyirəm və çox təəssüf ki, haqlıdır: "Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları, mediası da daxil olmaqla, açıq şəkildə Güneydə gedən prosesləri boykot edir. Bu mövzuya hökumət prizmasından yanaşmaq saxtakarlıqdır. Nə vaxt sifariş gəlsə bir ağızdan "Cənubi Azərbaycan" deyənlər indi susur. Qarabağ müharibəsini dönə-dönə təkrarlayacağam, çünki dəstəyin ictimai-siyasi ən geniş forması Güneydən gəldi. İran kimi Ermənistan yönümlü qudurğan totalitar sistemdə dəstək aksiyası keçirdilər, 50-dən çox qadın, kişi həbs olundu. Hələ də məhkəmə prosesləri davam edir. Ən azı invidual şəkildə adicə paylaşılan postları öz hesablarında paylaşa bilərdilər. Biz mənəvi birliyə can atdıqca orada hörmətsizliklə, biganəliklə qarşılaşırıq. Bu da müxalifət məsələsi deyil ki, qorxa, bəyənməyəsiniz. Olsa-olsa ancaq sevgisizlik, saxtakarlıq və sui-istifadə olacaq. Bunun başqa adı yoxdur. Və bu ümumilikdə Azərbaycana ziyan gətirəcək. Biz onsuz da lazımi dəstəyi bu şəraitdə verməyə hər zaman hazırıq, çünki məsələyə kiçik miqyaslı siyasi mənfəət kimi yox strateji məsələ kimi yanaşırıq. Eyni zamanda, sevgimizdə dürüst olmuşuq. Bazar biznes üçün anidən milliləşməmişik. Müxatəbiniz də güneyin daxilidir. 4-5 xaricdə yaşayan saxtakar yox. Sağ olun !””, - deyə Mərkəz sədri əlavə edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.