“Bakı Payızı”nın prodüseri: “Anar Ağayevin qələbə qazanacağına inanırıq”

17-05-2024, 10:47           
“Bakı Payızı”nın prodüseri: “Anar Ağayevin qələbə qazanacağına inanırıq”
Müğənni Anar Ağayevin avqust ayında Soçidə keçiriləcək “Yeni dalğa 2024” müsabiqəsinin finalında qələbə qazanacağına inanırıq.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Payızı” müsabiqəsinin baş təşkilatçısı prodüser Səbinə Həsənova deyib.

“Anar vokal janrında bizim qalibimiz oldu. Bu gün bizi yenidən sevindirdi. Soçi şəhərində keçiriləcək finala vəsiqə qazandı. Min nəfərdən seçilmiş 13 şəxsdən biri oldu. İnanırıq ki, avqust ayında Azərbaycan adına böyük qələbə qazanaraq bizi sevindirəcək”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli musiqi müsabiqəsinin qalibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru