Bakıda bu yaşayış binaları sökülür - FOTO

17-05-2024, 08:24           
Bakıda bu yaşayış binaları sökülür - FOTO
Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.
TEREF Trend-ə istinadən məlumatına görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.
Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.
Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.
Qeyd edək ki, bundan öncə Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli binanın söküldüyü barədə məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru