Kadırovdan ŞOK TƏKLİF: "Bu ölkəyə raket zərbəsi endirin"

17-05-2024, 08:14           
Kadırovdan ŞOK TƏKLİF: "Bu ölkəyə raket zərbəsi endirin"
“Estoniya parlamentinin dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı qanun qəbul etməsi kimi hərəkətlərə cavab vermək lazımdır”.

TEREF xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, “Telegram” kanalında yazıb.

“Rusiyanın xaricdəki aktivləri bütün rusların sərvətidir! Ona görə də hesab edirəm ki, ölkəmizə açıq-aşkar soyğunçuluq üçün belə qərarların verildiyi məqamlar hədəflənmiş raket zərbəsi üçün bir nömrəli hədəfə çevrilməlidir”, – Çeçenistan rəhbəri yazıb.

“Bir neçə şərti “Xəncər”in effektiv gəlişi Estoniyanın ən “isti başlar”ını tez bir zamanda özünə gətirəcək”, – Kadırov əminliklə qeyd edib.

Qeyd edək ki, mayın 15-də Estoniya parlamenti Rusiyanın dondurulmuş aktivlərindən istifadə haqqında qanun qəbul edib. Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru