İsveçrə onlarla ölkənin Ukrayna sülh sammitində iştirak edəcəklərini bildirdiyini deyib

17-05-2024, 09:44           
İsveçrə onlarla ölkənin Ukrayna sülh sammitində iştirak edəcəklərini bildirdiyini deyib
İsveçrə prezidenti Viola Amherd çərşənbə günü deyib ki, İsveçrənin Ukraynada sülh prosesinə yol açacağına ümid etdiyi sammitdə 50-dən çox ölkənin nümayəndə heyəti iştirak edəcək.

Amherd Almaniya kansleri Olaf Şoltsla Berlində görüşdükdən sonra keçirilən mətbuat konfransında neytral İsveçrə hökumətinin dünyanın müxtəlif yerlərindən iştirakçı fəallığını artırmaq istədiyini və bu səbəblə 160 dəvət göndərdiyini bildirib.

İsveçrə Çin də daxil olmaqla, Qlobal Cənubdan daha çox ölkəni iştirak etməyə inandırmaq istəyir.

Amherd "Bu iş sürətlə davam edir" deyib.

Yanvar ayında Ukrayna prezidenti Volodimir Zelenskinin istəyi ilə sammitə ev sahibliyi etməyə razılıq verən Amherdin sözlərinə görə, Cənubi Amerika, Afrika və Yaxın Şərq ölkələri yığıncaqda iştirak edəcəklərini təsdiqləyən ölkələr arasındadır.

İki il öncə Ukraynaya hərbi müdaxilə edən Rusiya sammitə dəvət olunmayıb. Diplomatlar və xarici siyasət ekspertləri İsveçrənin Lusern şəhəri yaxınlığında keçiriləcək danışıqlarda diqqətin Moskvanın hərbi müdaxiləsindən qaynaqlanan risklərin azaldılmasına yönəldiləcəyini deyirlər.

Amherd iştirak edəcəklərini deyən ölkələrin təxminən yarısının qeyri-Avropa ölkələri olduğunu və iştirakçıların siyahısının son dəqiqəyə qədər dəyişməyə davam edəcəyini deyib.

Zelenski Ukrayna prezidentinin internet saytında Gürcüstan, Lixtenşteyn və Malavi liderlərinin sammitdə təmsil olunacaqlarını dediklərini bildirib.

Keçən həftə Zelenski Kabo Verdenin sammitdə iştirak etməyə razılıq verən ilk Afrika ölkəsi olduğunu demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.