Zelenski həmin qanuna veto qoydu

17-05-2024, 08:58           
Zelenski həmin qanuna veto qoydu
Ukrayna Prezidenti Volodimir Zelenski ruslarla əlaqələrini gizlədən ukraynalıların işdən çıxarılmasına icazə verən qanuna veto qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə “Country Politics” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi prezidentin onu təkliflərlə Ali Radaya qaytardığını göstərir. Dövlət başçısının konkret hansı təkliflərlə çıxış etdiyi açıqlanmayıb.

Qeyd edək ki, aprelin sonunda Ukrayna Ali Radası ruslarla və “respublikanın müvəqqəti işğal olunmuş ərazilərinin” sakinləri ilə ailə və ya digər əlaqələrini gizlətdiklərinə görə vətəndaşların işdən qovulmasına başlaya biləcək qanun qəbul edib. Bu qanun layihəsi hələ 2022-ci ildə hakim Ukraynanın “Xalqın xidmətçisi” partiyasının deputatları tərəfindən irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru