ABŞ fond birjasından tarixi REKORD 17-05-2024, 12:38 Nyu-York Fond Birjası tarixində ilk dəfə olaraq “Dow Jones Industrial Average” indeksi 40 min bəndi keçib.Uoll Stritin üç əsas fond indeksindən ən qədimi ABŞ-nin möhkəm iqtisadiyyatı, aşağı inflyasiya və güclü korporativ gəlir perspektivləri ilə güclənib.Bu, həm də investorların Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa qərar verəcəyinə dair ümidləri ilə əlaqədardır.Mənbə: TASS Facebook-da paylaş